Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Müəllimlərin imtahanı başladı

Müəllimlərin imtahanı başladı

Date: 21 November 2016 10:23

Bu gündən müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, ilk olaraq Qubada dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan və 3 gün davam edəcək qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, SiyəzənXızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 6 minədək müəllim iştirak edəcək.

Eyni zamanda, ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara cəlb ediliblər.

Ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə cari ilin dekabr ayının sonunadək davam edəcək.


Tags:  Müəllimlərin imtahanı başladı

RƏYLƏR


Top news