İspaniya Segunda Liqasında XVi turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Kadis" "Alkorkon"u qəbul edib.
Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 4:1. İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kadis" 15 turdan sonra 21 xalla 22 klub arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.Az