"Türkiyə ABŞ ilə razılığa gələ bilmədi" - Ərdoğan

"Türkiyə ABŞ ilə razılığa gələ bilmədi" - Ərdoğan
10:27 21 Noyabr 2016
119 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Birləşmiş Ştatlarla razılığa gələ bilmədi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS telekanalına müsahibəsində deyib.

Dövlət başçısı ABD ilə YPG terror qruplaşmasına silah-sursat tədarükü ilə bağlı razılıq əldə olunmamasına toxunub:

"İŞİD ilə savaşdığı üçün digər terror təşkilatını müdafiə etmək olmaz. Terror təşkilatları arasında "yaxşı-pis" deyə fərq qoymaq olmaz. Lakin biz bu məsələdə ABŞ ilə anlaşa bilmədik".

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülənin ekstradisiyasına da münasibət bildirən R.T.Ərdoğan qeyd edib: "Bundan əvvəl Türkiyə günahkarları ABŞ-a ekstradisiya etmişdi və eyni hərəkəti Birləşmiş Ştatlardan gözləyirdik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR