““Öldürdüyüm” adam hələ də yaşayır” - Qarabağ döyüşçüsünün ilginc hekayəti

““Öldürdüyüm” adam hələ də yaşayır” - Qarabağ döyüşçüsünün ilginc hekayəti
10:34 21 Noyabr 2016
152 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu yaxınlarda yazar dostum Elxan Qaraxanlı qızının toy məclisində bir qonağı mənimlə yanaşı oturdub dedi, istəyirəm, Əli ilə yaxından tanış olasan, bir vaxtlar Qarabağda döyüşən, bizim dağları qoruyan oğullardandı. Əli ilə elə ilk kəlmələrdəncə söhbətimiz tutdu. Tanışlığımız alayarımçıq alınmasın deyə, hərdən səs-küydən  aralanıb foyedə siqaret çəkməyə çıxır, arxayın danışa bilirdik.

Əli mənə şərəfli və maraqlı həyat yaşayan adam təsiri bağışladı. Burasını gərək pafosla deyim, onun söhbətindən vətənə, torpağımıza, dövlətimizə, bayrağımıza sevgini duymamaq mümkün deyildi.

Sən demə, hələ sovetlər çökməmiş, milli bayrağımızın ucaldılması qadağan olunan vaxtlarda Əli Rüstəmov üçrəngli bayrağı Tovuz rayonunda ən hündür bir tikiliyə - vaxtilə almanların inşa etdiyi sement zavodunun qülləsinə sancıbmış. O, həm də Bakıda Mütəllibov hakimiyyətinin devrilməsi, milli hökumətin qurulması dönəmində fəal hərəkatçılardan biri olub. Göstərdiyi bir neçə saralmış fotodan həmin gərgin tarix boylanırdı. Üçrəngli bayrağımızı Ali Məclisin binasına sancdığı vaxt çəkilmiş fotoşəkli də əziz bir yadigar kimi daim üstündə gəzdirir.

 

Həyat tarixçəsinin oxucular üçün maraqlı olacağını düşünüb, həmin toydan bir neçə gün sonra onunla yenidən görüşüb söhbətləşdim. Pasportunu göstərəndə baxdım ki, Əli Qazaxıstanda doğulub. Müsahibəni də elə bu yerdən başlamağı qərara aldım.

- Əli, pasportunda Qazaxıstanda doğulduğun qeyd olunub...

 

- Atam cavan vaxtlarında ailəsi ilə Qazaxıstanda yaşayıb. Mən də o ərəfədə, 1971-ci ildə dünyaya göz açmışam. 1975-ci ildə ailəmiz Azərbaycana qayıdıb. Atam bu dəfə Tovuzu özünə məskən seçib. Tovuzda 26-lar adına rusdilli orta məktəbi bitirmişəm. Məktəbdən sonra Qovlardakı  peşə təhsili verən texnikumda elektromontyor sənətinə yiyələnmişəm. Elə o vaxtlarda Azərbaycanın hər yerində Milli  Azadlıq Hərəkatı başlamışdı. Mən rayonda Hərəkatın ən gənc üzvü sayılırdım.
 

-       Neçənci ildən Hərəkata qoşuldun?
 

-       O vaxtlar Hərəkata, əsasən, torpaqlarımızı erməni hücumlarından qorumaq üçün girirdik. Hələ milli ordumuz  yox idi, ermənilərlə könüllülərdən ibarət dəstələr vuruşurdu. Mən 17 yaşımda, 1988-ci ildə Xalq Cəbhəsinə üzv oldum ki, ermənilərə qarşı döyüşən könüllülərlə çiyin-çiyinə olum. 18 yaşım tamam olanda məni sovet ordusunda hərbi qulluq üçün Almaniyaya apardılar. Hərbi hissədə dava saldığıma görə, məni geriyə, Moskvadakı hərbi hissələrin birinə göndərdilər. Məqsədim tezliklə Azərbaycana qayıtmaq idi. Rəhbərliyə müraciət edərək  Azərbaycanda xidmət etmək istədiyimi bildirdim. Axır ki, öz istəyimə nail oldum və 14 gündən sonra məni Ağdamda yerləşən hərbi hissəyə yola saldılar.
 

-       Bəs ilk dəfə hansı bölgədə vuruşmusan?
 

-       Hərbi qulluğu başa çatdırdıqdan sonra yenidən könüllülərə qoşuldum və əsasən, Tovuzun Ağdam, Əlibəyli bölgəsində vuruşası oldum. Çünki ermənilər daha çox həmin ətrafa hücum edirdi.
 

-       Bəs, sizə qoşulan könüllülər əsasən haradan gəlirdilər?
 

-       Əsasən, başda Bozqurd Etibar olmaqla Əlibəylinin bütün cavanları vuruşurdu. Bir də rayonumuzun hər yerindən silah tuta bilən gənclər axışırdı. Sonradan mən özüm də ətrafıma 40 nəfər könüllü toplamışdım. Silah aclığı çəkirdik. Ona görə məcburən rus hərbi hissələrini yağmalayıb silah-sursat əldə edirdik. Bacardıqca hamını avtomatla silahlandırmağa çalışırdıq. Yaxın erməni kəndlərindən imkanlı adamları oğurlayıb silaha dəyişirdik. İlk işim belə olub, döyüşçü dostumla Çinarlı kəndinə girib imkanlı bir erməni kişisini oğurladıq. Sonradan məlum oldu ki, həmin erməninin iki oğlu yüksək vəzifədədi. Fürsətdən istifadə edib ermənini silaha dəyişdik.
 

-       Özün hansı silahlardan istifadə edə bilirsən?
 

-       Mən daha çox kəşfiyyat işlərinə gedirdim. Özü də əksər vaxt sərhədi tək keçməyə üstünlük verirdim. Belə də ki, hər növ tapança, avtomat, pulemyot silahları ilə usta davranıram.
 

-       Bəs döyüş olmayanda harada qalırdınız?
 

-       Vəziyyət gərgin olanda Əlibəyli, Ağdam kimi sərhəd kəndlərdəki evlərdə məskunlaşırdıq. Mən, adətən, Əlibəylidə, Bozqurd Etibargildə qalırdım. “Çənlibel” yüksəkliyini əldə etdikdən sonra elə o dağlarda gecələyirdik. Böyük bir çadırımız vardı, yarısını altımıza, yarısını da üstümüzə sərib yatırdıq. Bizi torpağa məhəbbət, yurd sevgisi isidirdi. Lap sonralar özümüzə kazarma düzəltdik. Ermənilər ruslara arxalanıb bizim kəndlərdə təxribatlar törədirdi. Onların istənilən hücumunu cavablayıb burunlarından vururduq.
 

-       Neçənci ilə qədər döyüşmüsən?

-       Artıq Milli Ordu formalaşmağa başlamışdı, getdikcə də güclənirdi. Mən 1994-cü ilə qədər döyüşdüm, kəşfiyyatda oldum. Elə həmin il doğma qardaşım, kəşfiyyatçı  Rüstəmov Ruslan minaya düşdü, ayağının birini itirdi. Özü də biz təkcə Tovuz bölgəsində yox, çox rayonlarda döyüşürdük. Qazaxda, Gədəbəydə, Ağdərədə, Tərtərdə, Ağdamda. Xocalı faciəsindən sonra Ağdama getdik. Qayıdanda rayonda bir  mehmanxanadan 16 nəfər kimsəsiz uşağı himayəmizə götürərək Qovlar internat məktəbində yerləşdirdik.
 

-       Rayonda milli bayrağımızı hansı ucalığa taxmışdın?
 

-       Tanıyanlar yaxşı bilir, mən xalqımı, vətənimi, dövlətimi, bayrağımı sonsuz məhəbbətlə sevirəm. 1989-cu il idi, o vaxtlar rayon rəhbərliyi sovet hökumətindən qorxur, SSRİ-nin dağılacağına inanmırdılar. Ona görə milli bayrağımızı üzə çıxartmağa qoymurdular. Uşaqlar bayrağı haradan asırdısa, sabah baxırdıq ki, milislər yığışdırıb. Ona görə bir gün bayrağı belimə dolayıb, 1912-ci ildə almanlar tərəfindən inşa edilmiş Sement Zavodunun uca qülləsinə qalxdım. Zavod çoxdan fəaliyyətini dayandırdığına görə qüllənin içərisindəki dəmir pilləkənlər laxlaşırdı. Orda yuva salmış göyərçinlər perikib başıma uçuşurdu. Çox ehtiyatla qüllənin zirvəsinə qalxdım və bayrağımızı yuxarıda dəmir ildırımötürənə bərkitdim. Bundan sonra heç kim cəsarət edib o qülləyə qalxa bilmədi və bayrağımız axıra qədər o yüksəklikdən dalğalandı.
 

-       Çox qorxulu zamanlarda milli bayrağımızı bir dəfə də o vaxtkı Ali Sovetin (indiki Milli Məclisin) binasına qaldırmısan.

-       Bəli. Mütəllibovun hakimiyyəti dövründə. 1992-ci ilin qarışıq vaxtları idi. Biz bir dəstə hərəkatçı - Tofiq, Elxan, Murtuz, Nüsrət, Yuska... Tovuzdan Bakıya, Xalq Cəbhəsinin qərargahına gəldik. Məni orda mühafizə xidmətinə qoşdular. Cəbhəçilər Mütəllibova vəzifəsindən istefa üçün vaxt qoymuşdu. Bir də xəbər gəldi ki, Mütəllibov hakimiyyəti zorla yenidən ələ keçirmək istəyir. 1992-ci il, səhv eləmirəmsə, mayın 14-də Xalq Hərəkatının fəalları saat 13-də Ali Sovetin qarşısına mitinq təyin etdilər. Hərəkatın fəalları bizim mühafizəmiz altında mitinqə başladılar. Mitinq Ayaz Mütəllibovu istefaya səsləyirdi. Binanın sol tərəfində yerləşən Moskva mehmanxanasının üstündəki silahlılar bizi təhdid edirdi. Aşağıda isə yanğınsöndürənləri, polisləri və kursantları bizə qarşı qoymuşdular.  Telestudiyanın binasının girəcəyində qum kisələrindən barrikada qurmuş əlisilahlı kursantlar üzü girişə doğru uzanmışdılar. Mən xəlvətcə binanın barısının arxa tərəfindən dırmaşaraq içəri girdim və silahla barrikadadakıların üstünü kəsdim.
 

-       Bunu nə üçün edirdin?
 

-       Baxdım ki, burda vəziyyət gərgindi, bircə qığılcım bəs edər ki, qırğın başlasın. Barrikadadakılar da cavan, günahsız, əmrə tabe uşaqlar idi. Həə, onların üstünü kəsib tərksilah olmalarını əmr etdim. Bu zaman həmin kursantların üstündə duran leytenant mənimlə mübahisə eləmək istədi. Dedim, bu cavanları qırğına vermə, əmr elə tərksilah olsunlar, yoxsa birinci səni  güllələyəcəm. Baxdım ki, Əlibəyli kəndindən olan Yuska da arxamca gəlib. Leytenant öz komandasına tərksilah əmri verdi. Biz onların silahlarını götürüb milli hakimiyyətə təhvil verdik. İndiyə qədər yadımdadı, 47 ədəd avtomat idi. Sonrasını da bilirsən, Mütəllibov biryolluq Azərbaycanı tərk etdi. Nə isə, bunlar uzun söhbətdi, vaxt olar geniş danışarıq.
 

-       Deyirsən, Rusiya türməsindən bu il avqustun 19-da çıxmısan. Nə üçün həbs olunmuşdun?
 

-       Qardaş, danışdığım bu hadisələrdən sonra Rusiyadakı dostların yanına gedib xırda kommersiya ilə məşğul olmağa başladım. Orda işlərim yaxşı gedirdi,  normal pul qazana bilir, vətəndə qalan doğmalarıma maddi dayaq göstərirdim. Moskvada yaşayır, Moskva ətrafında təsərrüfat qurmuşdum. Həmyerlilərimizi azğın rus polislərindən bacardığım qədər müdafiə edirdim. Ümumiyyətlə, kommersiya ilə məşğul olan azərbaycanlıların üzərində rus polisi özünü reket kimi aparırdı. Onların   məndən tələb etdiyi qeyri-qanuni istəkləri heç vaxt yerinə yetirmir, sənədlərimi qaydasında saxlayırdım. Günlərin bir günü polis evimdə axtarış elədi və mənzilimdən onları ifşa edəcək sənədlər, vərəqlərdə qeydlər tapdılar. Bildim ki, burda nəsə xoşagəlməz bir iş olacaq. Bu hadisənin üstündən bir neçə ay keçdi. Moskvada həmin mənzildə yaşadığım vaxt yerlim Məmmədov Vəli qonaq gəlmişdi. Vəli bir neçə gün evə gəlməyəndə narahat oldum. Aradan hardasa iki-üç gün keçmiş gördüm, qapının zəngi çaldı, baxdım, polislərdi. Qapını açdım. Dedilər, bizimlə polis şöbəsinə getməlisən. Soruşdum, nə məsələdi? Dedilər, orda bilərsən. Şöbədə mənə bir cavan adamın meyitini göstərib dedilər, bunu sən öldürmüsən. Orada tanımadığım iki şahid də üzümə durdu. Dedim, mərhum kimdi, mən heç bu adamı tanımıram. Dedilər, bu, səninlə bir mənzildə qalan Məmmədov Vəlidi. Dedim, axı, bu Vəli deyil, Vəli birazdan evə gələcək. Dedilər, yox, bu Vəlidi, onu sən öldürmüsən. Məni içəridə saxlayası oldular. Mən gecə səhərə qədər öz-özümə fikirləşdim, bu nə qurmadı belə? Axırda təxmin elədim ki, onlar gecə Vəlini öldürüb mənim üstümə yıxmaq, özümü də tutmaq planı qurublarmış. Xoşbəxtlikdən gecə Vəli yanımda olmayıb. Polislər məcbur qalıb şöbədə döyüb öldürdükləri hansısa bir bədbəxtin qətlini  üstümə atırlar. İndi həm meyiti itirmək, həm də hansısa sifarişçidən pul qazanmaq istəyirlər. Vəli hansı yollarlasa əhvalatı bilib Azərbaycana qaçır. Mənə də Çeremuşkin rayon məhkəməsi Buturkada istintaq qurub Məmmədov Vəlini “öldürdüyümə görə” səkkiz il iş oxudular. Niyə səkkiz il? Guya Vəli mənə bıçaqla hücum eləyib, mən onu özümü müdafiə eləyərkən öldürdüyümə görə cəzam azalıb.
 

-       Belə də cinayət işi olar? Bəs niyə Vəlini tapıb gətirmirdilər istintaqa?
 

-       Məsələ bundadı ki, Vəli qorxusundan uzun müddət gizlənib üzə çıxmamışdı. Mənə iş kəsildi, yatapla Murmansk türməsinə göndərdilər. Orda xüsusi cinayətkar kimi üç il yarım izolyasiyada saxlanıldım. Axırda ürək, böyrək, qaraciyər xəstəlikləri tapandan sonra məni lagerə, ümumi həbsxanaya buraxdılar.
 

-       Nə qədər məhbəs həyatı yaşadın?
 

-       Verilən 8 il cəzanın hamısını çəkdim.
 

-       Nə danışırsan? Bəs, niyə vəkil tutub öldürmədiyin adamın “ölümü” üstündə yatdığını sübut etmədin?

-       Vəkil də tuturdum, mətbuata, televerilişlərə müraciət də edirdim. Haqqımda neçə rus saytı yazıb. “Google”də “За убийство человека, который жив и здоров, Рустамов Али отбывает наказание уже 4 года” yazın, nə qədər məlumat çıxacaq.
Hamısı da deyirdi, sübut eləmək lazımdı ki, Vəli həqiqətən sağdı. Hətta bir dəfə məşhur “Pust qovaryat” verilişinin aparıcısı Andrey Malaxovla da bağlantı qurmuşam. Bir azərbaycanlı dustaqdan ötrü heç kim öz canını incitmirdi, Azərbaycana gedib həmin ünvanı yoxlayan olmadı. Ən sonda Vətəndaş Hüquqlarının Müdafiəsi Komitəsinin sədri A.B.Babuşkin Tovuz rayon prokurorluğuna bu məzmunda məktub ünvanlamışdı: “Günahsız cəza çəkən Rüstəmov Əli Mofiq oğluna yardım etmək məqsədi ilə, Tovuz rayon Məmməd Zeynalov küçəsi, 80 nömrəli evdə yaşayan Məmmədov Vəli Həsən oğlunun sağ-salamat olması haqda fotoşəkil, yaxud videogörüntü göndərmənizi xahiş edirik”.

İçəridə illərlə cavab gözlədim, rayondan heç bir xəbər gəlmədi. Nəticədə səkkiz ilin hamısını çəkib çıxdım.
 

-       Bəs, indi Vəli sağ-salamatdı?
 

-       Bəli. Tovuzda yaşayır.
 

-       Məncə, sən belə sakit durmamalısan. Hansı yolla olur-olsun bəraət qazanmalısan. Rusiya məhkəməsindən Avropa məhkəməsinə şikayət ünvanlamalısan.
 

-       Mənim də fikrim budu. Hazırda güclü bir vəkil axtarıram.
 

-       Sənə uğurlar arzulayıram!





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq

27 Aprel 2017 07:22

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

27 Aprel 2017 07:18

Hindistanda silahlılar hərbi düşərgəyə hücum edib: ölənlər var

27 Aprel 2017 07:12

Qəbilə ilə polis arasında qarşıdurma: Polisə oxla cavab verdilər

27 Aprel 2017 07:04

"Bavariya" daha bir tituldan əlini üzdü - VİDEO

27 Aprel 2017 06:43

XİN rəhbəri: "Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik"

27 Aprel 2017 06:32

Nəhəng daş kimi ibadətgah - FOTO

27 Aprel 2017 06:32

Zaxarova: “Trampa şans verin”

27 Aprel 2017 06:04

Bakıda avtomobil 37 yaşlı kişini vurub

27 Aprel 2017 06:02

İran sərhədində silahlı toqquşma: 8 ölü, 4 yaralı

27 Aprel 2017 05:48

Rusiyada zəlzələ oldu

27 Aprel 2017 05:33

"Just Cavalli"dən yeni kolleksiya - FOTO

27 Aprel 2017 05:32

“Qalatasaray”ın futbolçusu qəza törətdi

27 Aprel 2017 05:19

Rusiyada zəlzələ olub

27 Aprel 2017 05:12

"Real" "Deportivo"nu darmadağın etdi - VİDEO

27 Aprel 2017 04:53

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

27 Aprel 2017 04:37

FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yaydı

27 Aprel 2017 04:34

Məşhur aktyor jurnal üçün çəkildi - FOTO

27 Aprel 2017 04:32

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

27 Aprel 2017 04:29

9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 04:03

Məcburi köçkünlərə görə

27 Aprel 2017 03:35

Köhnə kənd evi otel oldu - FOTO

27 Aprel 2017 03:32

Məşhur rejissor vəfat etdi

27 Aprel 2017 03:24

35 yaşlı futbolçu məşq zamanı öldü

27 Aprel 2017 03:23

Nigeriyada neft oğurluğunda şübhəli bilinən 10 nəfər saxlanılıb

27 Aprel 2017 03:22

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanıldı

27 Aprel 2017 03:13

Astroloji proqnoz - 27 aprel

27 Aprel 2017 02:58

Almaniya kubokunda finalçılar bəlli oldu

27 Aprel 2017 02:39

Çinidən metal bankalar - FOTO

27 Aprel 2017 02:32

İspaniya La Liqası: "Real" "Deportivo"nu böyük hesabla məğlub edib

27 Aprel 2017 02:27

Tramp-Putin görüşünə dair xəbər yalan çıxdı

27 Aprel 2017 02:24

"Real" 3 xalı darmadağınla qazandı

27 Aprel 2017 02:22

Bu şəhərlərin küçələri dadlı yeməklərlə aşıb-daşır - FOTO

27 Aprel 2017 02:03

Apteklərdə adı və tərkibi eyni olan dərmanlar niyə fərqli qiymətə satılır? -

27 Aprel 2017 01:56

Türkiyədə 9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 01:49

Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb

27 Aprel 2017 01:47

Fərqli küçə rəssamı - FOTO

27 Aprel 2017 01:32

Rusiyadan kritik Astana açıqlaması -

27 Aprel 2017 01:31

Lənkəranda ağır qəza:

27 Aprel 2017 01:20

Rusiya mətbuatı Putinlə Trampın ilk görüşü barədə xəbər yayıb

27 Aprel 2017 01:17

35 yaşlı futbolçu məşqdə öldü

27 Aprel 2017 01:04

Limonla tonqal qaladı - FOTO/VİDEO

27 Aprel 2017 01:03

Hadisə hicaba büründü -

27 Aprel 2017 00:58

Suriyada qətliam davam edir:

27 Aprel 2017 00:23

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

27 Aprel 2017 00:22

Suriyanın bir neçə şəhəri terrorçular tərəfindən atəşə tutulub: ölən və yaralananlar var

27 Aprel 2017 00:07

Günün qoroskopu: qəm yeməyin, kimsə gələr, kimsə də gedər

27 Aprel 2017 00:05

"Barselona"dan 7 qol!

26 Aprel 2017 23:57

"Qalatasaray"ın futbolçusu qəza törətdi

26 Aprel 2017 23:57

Futbolda növbəti YENİLİK:

26 Aprel 2017 23:56