9 yaşında atasının təcavüz etdiyi müğənni İNSANLARA SƏSLƏNDİ

9 yaşında atasının təcavüz etdiyi müğənni İNSANLARA SƏSLƏNDİ
10:43 21 Noyabr 2016
988 Şou
Ölkə mətbuatı
A- A+

Həftəsonu Antalyada konsert verən Nazan Önce səhnəyə qara duvaqda çıxıb.

Publika.az Türkiyə mətbuata istinadən xəbər verir ki, 9 yaşında ögey atası tərəfindən təcavüzə məruz qalan müğənni bununla cinsi istismar və pedofillərə qarşı diqqət çəkmək istəyib. N.Önce səhnədə qara duvaqla çıxış edərək cinsi istismarın əleyhinə olduğunu bildirib və hər kəsi Türkiyədə bununla bağlı qəbul olunmuş qanuna qarşı çıxmağa dəvət edib: "Bunu demək istəməzdim, amma pedofillərin nə demək olduğunu ən yaxşı mən bilirəm".

Məlumat üçün bildirək ki,Türkiyədə cinsi istismar haqqında qanun layihəsinin müzakirəsi davam eməkdədir. Baş nazir layihə ilə bağlı müxalifət partiyalarının rəhbərləri ilə görüş barədə təlimat verib. Qanun layihəsinə görə, əgər təcavüz edən şəxs qurbanla evlənmək istədiyini elan edərsə, həbsdən azad edilir. Hakim partiyanın bu təklifi Türkiyədə böyük narazılıq doğurub. Qeyd olunur ki, qanundan sui-istifadə halları artacaq ki, bu da zorlanma faktlarının sayının çoxalmasına səbəb olacaq.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/176721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR