Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan yol polisi unikal texnika alıb

Azərbaycan yol polisi unikal texnika alıb

Date: 21 November 2016 11:05

Azərbaycan şübhəli şəxsləri hərəkətə keçmədən zərərləşdirən texnikaya sahibdir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən xüsusi cihaz mühəndis Akif Ekin tərəfindən hazırlanıb. Mühəndis bildirib ki, bu aparatları "Minority Report" və "Person of Interest" kimi serial və filmlərdən təsirlənərək hazırlayıb və avadanlıqlar artıq Azərbaycana, Yaxın Şərq və bəzi Avropa ölkələrinə satılıb.

Təhlükəsizlik aparatının xüsusiyyətlərindən danışan Ekinin sözlərinə görə, polis maşınlarının lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə həmin şəxsin şəhər daxilindəki bütün hərəkətləri izlənməyə başlanır, hətta onu zərərsizləşdirir. Mühəndis onu da əlavə edib ki, sözügedən təhlükəsizlik aparatı üz tanıma, sürət müəyyənləşdirmək kimi xüsusiyyətlərə sahibdir.

Milli.Az


Tags:  Azərbaycan yol polisi unikal texnika alıb

RƏYLƏR


Top news