Avropadan Türkiyə XƏBƏRDARLIĞI: “Fəlakət olar!”

Avropadan Türkiyə XƏBƏRDARLIĞI: “Fəlakət olar!”
11:08 21 Noyabr 2016
119 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyə NATO-da İngiltərənin əhəmiyyətli bir müttəfiqidir. Türkiyə FETÖ ilə mübarizədə tək buraxılmamalıdır”.

Publika.az xəbər verir ki, bunu “TRT Worl” kanalına danışan İngiltərə parlamentinin üzvü Daniel Kavzinski deyib.

“Şəxsən mən çevriliş cəhdinin arxasında FETÖ-nün olduğuna inanıram. Gülənçilər yalnız Türkiyə sərhədləri daxilində fəaliyyət göstərmir. Belə bir hadisə bu gün Türkiyədə baş verirsə, sabah hər hansı Avropa ölkəsində də baş verə bilər”, - o bildirib.

Onun sözlərinə görə, Türkiyənin sabitliyinə və NATO-ya olan sədaqətinə ciddi yanaşmaq lazımdır: “İŞİD-in Avropaya irəliləyişinə mane olacaq tək ölkə Türkiyədir. Türkiyəni strateji müttəfiq olaraq itirmək Avropa üçün fəlakət anlamına gələr. Bu günə qədər Avropada sülhü təmin edən güc NATO-dur və Türkiyə çox əhəmiyyətli bir NATO üzvüdür. Türkiyəsiz Avropada sülh və sabitliyin təmin edilməsi mümkün deyil. Brüsseldə bəzi bürokratlar Avropa ordusunun qurulmasından və Türkiyənin Avropa İttifaqından kənarda saxlanılmasından danışırlar. Türkiyənin kənarda saxlanılması daha xaotik və qeyri-sabit vəziyyət yarada bilər. Türkiyə əgər qaçqın böhranına əl atmasaydı, Avropanın başı çox böyük bəlada olacaqdı. Avropaya qaçqın axınını dayandıran tək ölkə Türkiyədir. Buna görə də Avropanın Türkiyə ilə strateji ortaqlığını davam etdirməsi şərtdir”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR