Natavanın toyu olacaq - video

Natavanın toyu olacaq -  video
11:11 21 Noyabr 2016
385 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Natavan Həbibi toya hazırlaşır.

Axşam.az-ın məlumatına görə, bu haqda prodüser Tarix Əliyev (Tolik) “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

O bildirib ki, toyun təşkilatçılığı ona həvalə edilib:

“Natavanın xeyir işi olacağını Türkiyədə öyrənmişdim. Toy üçün sürprizlər hazırlayırıq. Natavan istəyirdi ki, mediaya qapalı olsun. Amma dedim ki, elə zəmanədə yaşayırıq ki, hamı fotoları İnstaqramda yayacaq. Ən yaxşısı jurnalistləri çağır, gəlib xoş günündə yanında olsunlar".

Tolik xalq artisti Aygün Kazımova ilə N.Həbibini toyda bir araya gətirməyi planlaşdırdığını deyib:

"Bir də gördünüz, toya Aygün Kazımova ilə birlikdə getdik”.

Qeyd edək ki, N.Həbibinin nişanı ötən ayın sonunda olub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR