BANM İzmir Universiteti ilə memorandum imzaladı

BANM İzmir Universiteti ilə memorandum imzaladı
11:12 21 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Milli.Az xəbər verir ki, tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamladı. Rektor hər iki ali təhsil müəssisəsi arasında çoxlu oxşar cəhətlərin olduğunu bildirdi. Elmar Qasımov Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qardaşlıq münasibətləri olduğunu dedi. O, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq əməkdaşlıq müqaviləsinin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa rəvac verəcəyini vurğuladı.

Bakı ilə İzmirin qardaş şəhərlər olduğunu vurğulayan Türkiyənin İzmir Celebi Universitetinin rektoru Galip Akhan Azərbaycanda və BANM-də olmaqdan məmnun olduğunu bildirdi. Rektor Galip Akhan müqavilədə hər iki tərəf üçün vacib olan, qarşılıqlı maraq doğuran ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində, eləcə də qısa müddətli sənaye yönümlü kurslarda mütəxəssis hazırlığında əməkdaşlığın nəzərdə tutulduğunu dedi.

Sonra Bakı Ali Neft Məktəbi ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında anlaşma memorandumu imzalandı. Müqaviləyə əsasən, həmçinin müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili və bu tədbirlərdə, eləcə də hər iki tərəfin korporativ tədbirlərində tələbə və əməkdaşlarının qarşılıqlı iştirakının təmin edilməsi, birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sonda rektor Elmar Qasımov İzmir Celebi Universitetinin rektoru Galip Akhana BANM-in "Fəxri qonaq" diplomunu təqdim etdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/educations/491419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR