Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gələn il baş verəcək Ay və Günəş tutulmaları

Gələn il baş verəcək Ay və Günəş tutulmaları

Date: 21 November 2016 11:13

2017-ci ildə baş verəcək Ay və Günəş tutulmalarının vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, gələn il 2 Ay və 2 Günəş tutulması olacaq. İlk Ay tutulması fevralın 11 də baş verəcək. Saat 02:34-də başlayacaq, Ay tutulması saat 04:43-də maksimumda olacaq, saat 06:51 başa çatacaq. Avqustun 7-də isə ikinci Ay tutulması gözlənilir. Proses saat 21:23-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq.

Günəş tutulmaları fevralın 26-da və avqustun 21-də olacaq. Fevralın 26-da Günəş tutulması saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. Avqustun 21-də isə saat 19:47-də başlayacaq ikinci Günəş tutulması saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə başa çatacaq. (apa)


Tags:  Gələn il baş verəcək Ay Günəş tutulmaları

RƏYLƏR


Top news