Facebook müstəqil mediaya hücuma keçir - FOTO

Facebook müstəqil mediaya hücuma keçir - FOTO
11:17 21 Noyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Yalan, saxtakar və yanlış rəy yaradan məlumatlarla, informasiyalarla və xəbərlərlə mübarizəni güclənldirəcəyik. İstifadəçilərin Facebook-da dərc etdikləri məlumatlara bundan sonra daha ciddi, daha sərt nəzarət olacaq.

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un banisi və sahibi Mark Zukerberq profilində dərc etdiyi açıqlamasında belə yazıb. Daha çox proqram bəyanatı, Facebook-un informasiya siyasətinin orientirlərini xatırladan açıqlamanı təqdim edir:

"Son vaxtlar, xüsusilə də ABŞ-da keçirilmiş prezident seçkilərindən sonra Facebook-da yanlış və çaşdırıcı, istifadəçilərdə səhih olmayan təsəvvürlərin yaranmasına xidmət edən məlumatlar, informasiya və məqalələrin paylaşılması ilə bağlı şikayətlərin sayı artıb. Bunu nəzərə alaraq bir sıra tədbirlərə əl atmağa başlayırıq. Həmin tədbirlər arasında xəbərlərin səhihliyinin yoxlanılması üçün alqoritmlərin təkmilləşdirilməsi, yalan və yanlış xəbərlərlə bağlı istifadəçilərin operativ məlumat vermələrinin sürətləndirilməsi, ekspert dəyərləndirilməsi üçün kənar, üçüncü şəxslərə və təşkilatlara müraciət də var.

Facebook-da yayılan, təqdim olunan və paylaşılan məlumatların keyfiyyətini artırmaq niyyətindəyik. Çoxları saxta və yalan məlumatlarla nə etdiyimizi soruşurlar. Ona görə cavab verirəm: əsas ideya budur - yanlış informasiya problemini ciddi qəbul edirik. Məqsədimiz insanlara onların diqqətəlayiq saydıqları əhvalatları təqdim etməkdir. Çünki insanların dəqiq məlumat istədiklərini bilirik.

Sosial şəbəkənin rəhbərliyi gerçəkliyə uyğun olmayan bu və ya digər statusdan, postdan şikayətlənən insanların məlumatlarına əsaslanır. Bununla belə, yeniliklər də olacaq.

Məlumatların dəqiqliyini yoxlayan alqoritmləri təkmilləşdirəcək, bu və digər məlumatın saxta olması barədə xəbər verən istifadəçilərin açıqlamalarına daha diqqətlə yanaşacaq, faktları daha dəqiq yoxlayacağıq. Bundan başqa, peşəkar jurnalistlərlə daha çox ünsiyyətdə olaraq onların faktları necə yoxladıqlarını anlayacaq, onlardan öyrənəcəyik.

Facebook saxta məlumatları aşkarlamaq üçün redaktorlardan istifadə etməyəcək. Fikir və mövqe mübadiləsinə mane olmamaq, gerçəkliyə uyğun kontenti məhdudlaşdırmamaq üçün ehtiyatlı olmalıyıq. Gerçəyin, həqiqətin müəyyənləşdirlməsində hakimə çevrilmək istəmirik. Biz nəşriyyat yox, texnoloji şirkətik və istifadəçilərin paylaşdıqları kontent üçün məsuliyyət daşımırıq".

Mark Zukerberq onu da vurğulayıb ki, Facebook-dakı saxta və yanlış məlumatların ABŞ-dakı prezident seçkilərinin nəticələrinə təsir etməsi barədə iddialarla razı deyil.

Ekspertlərsə hesab edirlər ki, Facebook-un rəhbərinin açıqlaması, əslində, ABŞ-dakı prezident seçkilərinin sonucları ilə bağlı ölkədəki müstəqil mediaya və xüsusilə də oliqarxiyaya xidmət etməyən xəbər-analitik saytların zəiflədilməsinə yönəlmiş kampaniyanın tərkib hissəsidir.

Baş verənlər heç bir halda müstəqil xəbər saytlarının, xüsusilə də siyasi analitika çəkisi çox olan resursların maliyyə problemlərinə görə qapadılması sayıla bilməz. Söhbət "ölən mass-media"dan getmir: məsələ Birləşmiş Ştatlarındakı maliyyə və siyasi isteblişmentin mediaya hücumudur.

ABŞ-ın ən nüfuzlu qəzetlərinin, saytlarının və telekanalların dəstəklədikləri Hillari Klinton prezident seçkilərində məğlub olandan sonra ölkədəki müstəqil mediaya hücumun başlanmasını transmilli korporasiyalarla oliqarxiyanın qisas niyyəti kimi də dəyərləndirmək olar.

Və budur, Facebook-un rəhbəri də, deyəsən, "zonder kommand"a qatılır.

Onun profilində yaydığı açıqlamanı qısa olaraq belə səciyyələndirmək mümkündür: "İstifadəçilər saxta xəbərləri real məlumatlardan ayıra bilmədikləri üçün biz sizə yardım etmək qərarına gəldik".

Zukerberq demək istəyir:

- Facebook-da dərc olunan matareillar daha ciddi yoxlanacaq və istifadəçilərə nəyin yalan, nəyin həqiqət olduğunu onlar özləri bunu müəyyənləşdirməzdən əvvəl xəbər verəcəyik

- İstifadəçilər saxta və yalan xəbərlərlə bağlı daha tez, operativ məlumat verə bilsinlər deyə yeni sistem işə salınacaq. Yəni çuğulluq, xəbərçilik başlanacaq

- Ekspertlər və təşkilatlar işə cəlb olunacaq. Bu ekspertlərin kimliyi, təşkilatların hansı qurumlar olması şübhə doğurmur: onların istisnasız olaraq hamısı ABŞ-ın maraqları ilə mənafelərini təmin etməyə çalışacaqlar.

- Facebook-un əməkdaşları, ekspertlər və ya istifadəçilərin xəbərçiliyi əsasında "yalan" təki dəyərləndirilmiş məlumat "saxtadır!" (Fake!) nişanı ilə müşayiət olunacaq.

- Facebook-un "Xəbər xətti"ndə, yəni News Feed-də "saxtakarlıq reytinqi" olan xüsusi sütun yer alacaq

- "Saxta" məlumatlar yaymaqda suçlanan media strukturları reklamlar, paylaşma intensivliyi, "görünmə müddəti" və s. vasitəsilə məhdudlaşdırılacaq, cəzalanacaq.

Facebook-un iddia etdiyi "ekspertlər"ə gəldikdə isə, normal mass-mediada anonim ekspertlər olmur. Daha doğrusu, istənilən saytda və ya qəzetdə konkret bölmədə konkret məlumatın dərc olunmasına qərar verən konkret redaktor, həmin materialı yazan konkret, real müəllif var. Onlar "kütlənin səsi", "istifadəçilərin nümayəndələri" yox, redaktorlar və ya jurnalistlərdir.

Müəllifin yazılarını bəyənən onu izləyir. Media orqanında bölmədəki yazıları bəyənən həmin saytın və ya qəzetin oxucusuna çevrilir.

Bu qədər bəsit.

Belə sistem yanlışlıqlardan, səhvlərdən sığortatalanıbmı? Yox. Hətta ən təcrübəli müəllif və ya redaktor da səhv edə bilərlər.

Lakin normal mass-mediada səhvi görən oxucu bunu yazır, deyir, açıq disskussiyada arqumentlərlə çıxış edir, ya da yanlış saydığı xəbərin "Şərhlər" bölməsində fikrini bildirir.

Facebook-un News Feed-də planlaşdırılan "saxtakarlıq reytinqi" isə aşkar şəkildə medianı yönləndirmək, təzyiq etmək cəhdidir.

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Azərişıq” Bakının bir hissəsində elektrik enerjisinin kəsilməsinin səbəbini açıqlayıb

27 İyun 2017 13:22

Bakının yarısı işıqsız qaldı

27 İyun 2017 13:22

Hansı hərbi hissəyə düşdüyünüzü BU YOLLA ÖYRƏNİN...

27 İyun 2017 13:20

Sabirabadda BƏDBƏXT HADİSƏ: Ölən var

27 İyun 2017 13:17

Paytaxtda 32 eldar şamı və sərv cinsli ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu

27 İyun 2017 13:15

“Azərsu” maye xlor alacaq

27 İyun 2017 13:12

Tramp Hindistanın baş naziri ilə görüşdü

27 İyun 2017 13:10

ETSN Bakıda 32 qanunsuz ağac kəsilmə faktı aşkarladı

27 İyun 2017 13:09

Azərbaycanda axtarışda olan şəxslər tutuldu

27 İyun 2017 13:05

Moskvada erməni iş adamı güllələndi

27 İyun 2017 13:05

Sabah hava necə olacaq?

27 İyun 2017 13:03

Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb

27 İyun 2017 13:02

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

27 İyun 2017 12:59

Səmra Rəhimli stilistlə sevgilidir?

27 İyun 2017 12:59

"Atam bunu gördü və əsəbləşdi" - Məlahət Abbasova - VİDEO - FOTO

27 İyun 2017 12:57

Bədii gimnastika üzrə Gəncə açıq birinciliyi başa çatıb (FOTO)

27 İyun 2017 12:55

Ötən gündə 3 qəza - 2 ölü, 7 yaralı

27 İyun 2017 12:55

Müəmmalı qətlin üstü açıldı

27 İyun 2017 12:54

İçindəki sərnişinlərlə birlikdə yoxa çıxan qatar - DƏHŞƏTLİ HADİSƏ - VİDEO

27 İyun 2017 12:53

Nailə Mirməmmədli: "Xalqın zövqü yoxdur..."

27 İyun 2017 12:53

Arıqlamaq istəyənlər üçün

27 İyun 2017 12:50

Qəndab Quliyeva ilə vida mərasimi keçirilir

27 İyun 2017 12:49

Portuqaliya polisindən turistlərə qarşı vəhşilik - VİDEO

27 İyun 2017 12:47

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü

27 İyun 2017 12:45

İmişli sakini Arazda boğuldu

27 İyun 2017 12:44

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub (FOTO)

27 İyun 2017 12:43

Bərdədə sərxoş şəxs körpüdən yıxıldı

27 İyun 2017 12:43

Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb

27 İyun 2017 12:42

Sabirabadda faciə: təmir işi apararkən öldü

27 İyun 2017 12:39

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTOLAR

27 İyun 2017 12:38

Sabahın HAVAsı

27 İyun 2017 12:37

Bakıda qadının telefonunu oğurlayan şəxs saxlanılıb

27 İyun 2017 12:37

İradənin Ramazan süfrəsində rakı, yoxsa ayran? - Tənqid olunan FOTO

27 İyun 2017 12:37

Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub

27 İyun 2017 12:36

Arvad 30 illik ərini öldürdü - Qəribə səbəb - FOTO

27 İyun 2017 12:32

İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

27 İyun 2017 12:31

Çin-Hindistan sərhədində GƏRGİNLİK

27 İyun 2017 12:27

Sabah 38 dərəcə isti olacaq

27 İyun 2017 12:25

Temperatur 38 dərəcəyə çatacaq - SABAH

27 İyun 2017 12:24

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

27 İyun 2017 12:22

Sabah paytaxtda 34, bölgələrdə 38 dərəcə isti olacaq

27 İyun 2017 12:22

Azərbaycanlı müğənninin yediyi sosiskadan milçək çıxdı - FOTO

27 İyun 2017 12:22

Mourinyo atasının yas mərasimində - FOTO

27 İyun 2017 12:17

Ajda Pekkan 72 yaşında dodaqlarını böyütdü

27 İyun 2017 12:14

Model Leylanın ölümündə təqsirləndirilən həkimdən AÇIQLAMA: "Günahım yoxdur"

27 İyun 2017 12:12

Məşhur filmin treyleri yayımlandı: Baş rolda Nik Betmen

27 İyun 2017 12:08

​Ukraynada güclü partlayış

27 İyun 2017 12:07

Beyons və yeni doğulan əkizləri xəstəxanadan çıxdı

27 İyun 2017 12:05

Azərbaycan nefti bahalaşdı

27 İyun 2017 11:57

100 milyonluq transfer

27 İyun 2017 11:57