Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Anasının ölümündə həkimi günahlandıran aparıcı: "Şikayət etsəydim…"

Anasının ölümündə həkimi günahlandıran aparıcı: "Şikayət etsəydim…"

Date: 21 November 2016 11:27

Anasının ölümündə həkimi günahlandıran aparıcı Lətafət Ələkbərova onu məhkəməyə verməkdən imtina edib.
 
Teleqraf.com xəbər verir ki, Lətafət Ələkbərova sosial şəbəkədə həkimin ünvanına bu sözləri yazıb: "Allah heç kimə doğmasının acısını yaşatmasın. Mənim nələr çəkdiyimi yalnız Allah bilir. Üç gündür telefonum susmur. Hər kəs soruşur ki, necə oldu? Anam məndən xəbərsiz qardaşının həkimi Azər doktora gözünü əməliyyat etdirib.

Həmin hospitala həkimin yanına getdim. Anamın məndən xəbərsiz əməliyyat edildiyini dedim. İndi elə bir vəziyyətdəyəm ki, həm özümü, həm ailəmi, həm anamı, həm həkimi günahlandırıram. Çünki suallar məni məhv edir. Həkimdən şikayət etsəydim, lazımi yerlərə müraciət edərdim. Sadəcə, bir sözüm var. Əgər anam həkimin üzündən dünyasını dəyişibsə, onu öz vicdanına buraxıram. Anam abırını qoruyan qadın olub. Lütfən, ruhunu narahat etməyin".
 
Lətafət Ələkbərovanın anası noyabrın 14-də gözündən əməliyyat zamanı dünyasını dəyişib. Aparıcı anasının ölümündə həkimini günahlandırıb.

Milli.Az


Tags:  Anasının ölümündə həkimi günahlandıran aparıcı Şikayət etsəydim

RƏYLƏR


Top news