İranın rabitə naziri Naxçıvan - Məşhəd dəmir yolu xəttinin açılışında iştirak edəcək

İranın rabitə naziri Naxçıvan - Məşhəd dəmir yolu xəttinin açılışında iştirak edəcək
11:27 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ İranın rabitə naziri informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycana səfər edəcək.
"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, iranlı nazirin Azərbaycana səfəri noyabrın 27-28-nə planlaşdırılıb.
Bakıya səfəri zamanı M.Vaezi Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparacaq. Ardından M.Vaezi Naxçıvan - Məşhəd dəmir yolu xəttinin açılışında iştirak etmək məqsədilə Muxtar Respublikaya gedəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/i-ranin-rabite-naziri-naxcivan-meshed-demir-yolu-xettinin-acilisinda-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR