"Röya evimin kirayəsini ödəyirdi" - Tolik

"Röya evimin kirayəsini ödəyirdi" -  Tolik
11:36 21 Noyabr 2016
192 Şou
Ölkə mətbuatı
A- A+

“Müğənni ilə statusuna görə işləyirəm. Onun sənəti yoxdursa pulu olsa belə, yanında olmaram”.

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Prodüser bildirib ki, bir çox qız ifaçılar ona işbirliyi təklif edib:

“Onların “daydayıları” ola bilər. Amma mənim adım Aygün Kazımova, Röya Ayxanla hallanıb. Onun yox, mənim adım o müğənniyə kömək edəcəksə, niyə onla çalışım? Ondansa tanınmamış birini götürüb müğənni edərəm. Röyanın vaxtında çox pul qazanmamışam. Röya 3 min verib mənə maşın aldı, evimin kirayəsini ödəyirdi. Röya ilə faizə çalışmırdım. Aygün Kazımova və Eltonla (müğənni Elton Hüseynəliyev – red.) faizlə işləmişəm. Mən Aygün xanımla və Eltonla çalışanda, yaxşı pul qazanmışam”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR