Avropada yeni milli komanda yaradıldı - ŞOK QƏRAR

Avropada yeni milli komanda yaradıldı -   ŞOK QƏRAR
11:37 21 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+


Krım Futbol İttifaqının Rəyasət Heyətinin iclasında Krım Muxtar Respublikasının milli komandasının yaradılması ilə bağlı qərar qəbul olunub.


Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq komandanın baş məşqçisi də bəllidir. Yeni yaradılan yığma “Tavriya” klubun sabiq futbolçusu Valeri Petrova tapşırılıb. 


Heyətində 24 nəfər futbolçunun yer alacağı milli komanda ilk təlim-məşq toplanışını  2-10 dekabr tarixində “Krım Arena” kompleksində keçirəcək. Dekbarın 9-da Simferopolda yığmanın təqdimatı olacaq.


Qeyd edək ki, Krım Muxtar Respublikası Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur. Lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avropada-yeni-milli-komanda-yaradld-t54313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR