SSRİ-ni gizli idarə edən qadın və Ağ Evdə müəmmalı yataq otağı

SSRİ-ni gizli idarə edən qadın və Ağ Evdə müəmmalı yataq otağı
11:37 21 Noyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Azyaşlı qız atasına "Yataq otağında anama bax" deyə qışqırdı - Ailə FAİCƏSİ - VİDEO (18 May 2017 10:47)
Yataq otağına kamera yerləşdirdi: (16 May 2017 18:16)
Ərini bacısı ilə yataqda tutan qadın birini öldürdü, digərini yaraladı - Türkiyədə (15 May 2017 10:05)

Hər şey faciəyə ilə sona çatdı. Bir payız günü gecədən keçmiş arvadı öldü. O, arvadının əlini buraxmırdı və ona hey nəsə danışırdı. Yanında əbədi yatan qadın onu eşitmirdi, artıq şüur yox idi. Amma o, yorulmadan danışırdı, gənclik illərindəki birgə həyatlarından danışırdı...

***

Raisa Mixail Qorbaçovun əvəzinə SSRİ boyda ölkəni idarə edirdimi? Bu sual "qırmızıların imperiyası"nın dağılmasından 25 il sonra da aktual olaraq qalır.

Milli.Az publika.az-a istinadən bu suala müəyyən mənada cavab verildiyi "Qorbaçovun həyatı" kitabından bəzi hissələri təqdim edir.

Mixail Qorbaçov Amerika televiziyasına müsahibə verəndə jurnalist ondan soruşur: "Qorbaçov Kremldə gərgin işdən sonra ailəsinin yanına qayıdır. O, arvadı ilə nədən söhbət edir?".

Uzun müddət fasilə yaranır və nəhayət, Qorbaçov dillənir: "Hər şey haqqında".

Qorbaçovla arvadının evdə nədən danışdığı haqda sual əbəs yerə yaranmamışdı. 1987-ci ildə SSRİ-də və xaricdə hər kəs sovet liderinin arvadından danışırdı. Raisa ərinin bütün səfərlərində onu müşayiət edir və tez-tez telekanallara çıxırdı. Lakin təkcə görünmürdü, həm də müəyyən replikalar atır, fikirlər irəli sürürdü.

Qorbaçovun özü bununla bağlı deyirdi: "Əgər Reyqanın yanında arvadı Nensi görünürsə, bu normaldır. Lakin Qorbaçovla arvadı bir yerdə görünürsə, bu artıq inqilabdır".

Mixail Qorbaçov SSRİ-də rəhbərliyə başlayandan sonra, uzun illərin ənənəsi pozuldu. Hansı ki, Stalindən başlayaraq, liderlərin xanımları gözəgörünməz idilər. Qorbaçovdan sonra SSRİ-nin varisi Rusiyaya rəhbərlik edən Yeltsinin arvadı da ərini müşaiyyət edirdi, lakin o, Raisa kimi siyasiləşməmişdi. Öz yerini və rolunu bilirdi.

"Mən siyasətlə məşğul olmuram, lakin ailə vəziyyətimə görə, bundan kənarda qala bilmirəm. Hesab edirəm ki, Yeltsinin görüşlərində iştirak etmək hüququna malik deyiləm. Çünki prezidenti Baş nazirin müavinləri, nazirlər, rəsmi şəxslər müşaiyyət edirlər. Mən sadəcə həmdərd ola bilərəm", - Naina Yeltsin danışırdı.

Raisa üçün isə bu belə deyildi. O, hesab edirdi ki, görüşlərdə iştirak edə, məsləhətlər verə, təkid edərək öz fikrini yeridə bilər. Lakin o, özü ərinin əsas məsləhətçisi olduğu haqda deyilənləri tamamilə rədd edirdi: "Mən onun dövlət və siyasi işlərinə heç vaxt qarışmıram. Yalnız kömək etmək borcumu yerinə yetirirəm. Biz Mixail ilə tez-tez müxtəlif məsələlərlə bağlı mübahisə edirik. Mən sərbəst həyat yolu keçmişəm, tələbələrlə işləmişəm, elmlə məşğul olmuşam. Təbii ki, mənim də öz baxışlarım və təsəvvürlərim var".

Raisa ölkənin birinci xanımı roluna tez alışdı, hətta o, bunu ərindən daha tez etdi. O, Qorbaçovun köməkçilərinə zəng edir, tapşırıqlar verirdi. O, Siyasi Büronun üzvü səviyyəsində hər şeylə təchiz olunmuşdu.

Tarixçilər Qorbaçovu müəyyən mənada Brejnevlə müqayisə edirlər. Lakin Brejnev dövlət işlərinə arvadının qarışmasına icazə vermirdi. Sadəcə olaraq, qeyri-rəsmi münasibətdə olduğu tibb bacısını Siyasi Büronun üzvlərinin iştirak etdiyi ov mərasimlərinə aparırdı. Hansı ki, belə mərasimlərdə əhəmiyyətli dövlət məsələləri müzakirə olunurdu.

Qorbaçovda isə bir qədər fərqli idi. Onun cangüdəni sonradan danışır ki, bəzən Raisa ilə Mixail mübahisə edir və küsüşürdülər. Belə olanda onlar evə da ayrı-ayrılıqda qayıdırdılar.

İtalyan jurnalist Djuletto Keza Qorbaçovlarla müsahibədə gördüklərini xatırlayır: "Raisa danışanda Mixail Qorbaçov onu dinləyirdi. Elə görünürdü ki, sanki onunla razılaşacaq. Lakin son söz həmişə Qorbaçovun olurdu. Bəzən arvadı ilə razılaşmadığı zamanlar o, Raisanın əlini tumarlayırdı, bu, instinktiv olurdu".

Qorbaçovun arvadının ata Buşa mesajı

Raisada böyük yumor hissinin olduğu deyilir. Misal üçün, qonaqlıqların birində akademik Arbatov zarafatla deyir: "Bilirsiniz, yoldaş Qorbaçov, insanlar sizinlə Lenin arasında bənzərliklərin olduğunu deyirlər. Hər ikiniz hüquqşünas idiniz, hər ikiniz daz idiniz və hər ikiniz Romonovları qovdunuz". (Qriqori Romonov baş katib vəzifəsinə iddialı idi, lakin Qorbaçov onu qabaqlayaraq rəhbərliyi ələ aldı - red). Mixail zarafata cavab verməyə imkan tapmamış, onun yerinə Raisa dillənir və Arbatovu susdurur.

Ata Buş xatırlayır ki, 1987-ci ilin dekabrında Qorbaçov ABŞ-da səfərdə olarkən, Raisanın sərt yumoru ilə qarşılaşıb. Həmin vaxt ata Buş Reyqan hökumətində vitse-prezident idi. Sovet lideri SSRİ səfirliyində qəbul keçirir. Qonaq otağında nahardan sonra çox gözəl rus opera müğənnisi oxuyur. Buş deyir: "Deyəsən mən bu müğənniyə aşiq oluram". Raisa ona diqqətlə baxır və mətanətlə deyir: "Siz yaxşısı budur belə etməyib, Hart Gerisi xatırlayın". (Geris keçmiş senator idi, Demokratlar Partiyasından prezidentliyə namizəd olmuşdu. Lakin arvadı ilə münasibətləri onun seçkidə məğlub olmasına səbəb oldu - red). Buş həmin vaxt hiss etdiklərini təsvir edir: "Mən Raisanın gözlərinə baxdım, anlamaq istəyirdim ki, o, həqiqətənmi zarafat edir. Lakin üz ifadəsindən anlamadım ki, o, ciddi deyir, yoxsa zarafat edir".

Yeddi təyyarənin daşıdığı avtomobillər və Tetçerin hüşunu itirməsi

Bir dəfə Qorbaçov dünya xəritəsini tapmağı tapşırır. O, bunu baş çəkdikləri ölkələri qeyd etmək üçün istədiyini deyir. Xəritəni divara asırlar. Qorbaçovlar ailəsinin səfər etdiyi xarici ölkələrin paytaxtlarına Moskvadan qırmızı xətlər çəkdilər. Şahidlər deyir ki, Moskva günəşi xatırladırdı və demək olar ki, dünyanın hər yerinə ondan qırmızı xətlər uzanırdı.

Prezident mühafizəsinin rəhbəri general Dukoçayev səfərlərin nəqliyyat tərəfinə diqqət çəkir: "Sosialist ölkələrə səfərlər zamanı adətən bizim maşınlarımız ZİL-115 olurdu. Lakin Qorbaçov xüsusi qarajından avtomobilləri çıxartmağı əmr edirdi. Bu, bəzən bizdə təəccüb yaradırdı. O, belə məsələlərə adi cavab verirdi ki, birinci katibdir və öz xüsusi maşınında getməyə məcburdur. Məsələ Qorbaçovun xüsusi maşında getməsi deyildi. ZİL-115-lərdə elə qurğular var idi ki, dünyanın istənilən yerindən birbaşa Moskva ilə əlaqə yaratmaq mümkün idi. Lakin müasir maşınlarda bu yox idi. Biz Qorbaçovun dediyi maşınlarla yanaşı, ZİL-ləri də aparmaq məcburiyyətində qalırdıq. Bütün bunlar üçün yeddi nəqliyyat təyyarəsi lazım olurdu. Bəzən avtomobilləri və xidmət personalını göndərmək üçün təyyarələr 30 reys etməli olurdular. Xüsusilə, Vaşinqtona, Nyu-Yorka, Kubaya, yaxud Dehliyə səfərlər astronomik xərclər tuturdu".

Qorbaçov xarici səfərlərinə özü ilə "əyləncə komandası"nda təmsil olunan artistlər, yazıçılar, musiqiçilər, rəssamlar və digərlərini də aparırdı.

Qorbaçovun köməkçisi Boldin deyir ki, bir çox yazıçılar, alimlər, ictimai xadimlər belə səfərlərə getmək istəmirdilər: "Çünki çox vaxt onlar heç nə etmirdi. Sadəcə gedib-qayıdırdılar. Lakin bu, Raisanın xoşuna gəlmirdi. Çünki bütün bu işlərə o baxırdı. Mənimlə tanış olanlar zəng edib soruşurdular ki, getməsələr nəsə olarmı? Bəziləri də xəstəlik, yaxud digər bəhanələrlə səfərdən yayınmağa çalışırdılar".

Xarici səfərlər zamanı Qorbaçovlar gedilən ölkəni ətraflı təhlil edirdi. Mixail xüsusilə Qərb ölkələrinə səfərlər zamanı islahatçı görünməyə çalışırdı. Raisa isə səfər edəcəkləri ölkənin ədəbiyyatını əzbərləyir, onların filmlərinə baxır, klassiklərindən kitablar oxuyurdu. Belə səfərlər zamanı Qorbaçovlar ev sahiblərindən elə şeylər haqda soruşurdular ki, onlar çaşıb qalır, bəzən də ümumiyyətlə, cavab verə bilmirdilər.

Qərbdə sovet rəhbərləri haqda belə təəssürat var idi ki, onlar gülmür, təbəssüm etmir, daim tutqun olurdular. Və Qorbaçovun üzündə açıq təbəssümü görəndə hər kəs çaşıb qalırdı. Hətta Marqareta Tetçerin Mixailin güldüyünü görəndə yıxıldığı haqda rəvayətlər var.

Rusiya məişətinə "birinci xanım" anlayışını Qorbaçov daxil etdi. Əvvələr sadəcə Xruşovun arvadı, yaxud Brejnevin arvadı deyə danışırdılar. Andropov və Çernenko isə ümumiyyətlə, öz arvadlarını üzə çıxarmırdılar.

Raisa Reyqanın arvadını Ağ Evdə necə susdurdu?

Ronald Reyqanın arvadı Nensi ilə Raisa Qorbaçovun münasibətləri əcaib olub. Bir dəfə Vaşinqtonda olarkən Nensi qonağı Ağ Evlə tanış edirdi. O, mavi yataq otağını qonağına göstərməyə və onun tarixi haqda danışmağa başlayanda, Raisa onun sözünü kəsərək, Ağ Evdəki yataq otağının müəmmalı tarixi, həmçinin, digər otaqlar haqda əzbərdən danışmağa başladı.

Nensi sonralar bu haqda danışarkən deyir: "Mən Raisa ilə ilk görüşümüzdə əsəbiləşirdim. Onunla nədən danışacağımızı bilmirdim. Lakin tezliklə gördüm ki, narahat olmağa dəyməz. O, birinci dəqiqədən danışmağa başladı və demək olar ki, dayanmırdı. Mən arada bir söz deməyə güclə nail olurdum. İlk görüşümüzdə o, kommunist sisteminin ümumdünya zəfərindən, ikinci görüşdə sovet incəsənətinin nailiyyətlərindən danışırdı. Lakin ən sevimli mövzusu bütün bəşəriyyət üçün marksizm-leninizm və onun tarixi əhəmiyyəti idi. Hətta ilk dəfə o, mənə Amerika siyasi sistemindəki çatışmazlıqlar haqqında danışırdı. Mən güman edirdim ki, biz şəxsi həyatdan, ərlərimiz və uşaqlarımız haqda, çətinliklər barəsində danışacağıq. Mən narkomaniya ilə mübarizədə bizim proqramız haqqında Raisaya danışmaq istəyirdim. Lakin birinci sözü deyən kimi o, mənim sözümü kəsdi və bildirdi ki, SSRİ-də narkomaniya problemi yoxdur".

"Mən ölməliydim ki..." - faciəli son

Həyat çox amansız və ədalətsizdir. Raisa Qorbaçov leykoz uşaqların xilası üçün var gücü ilə çalışırdı, lakin özü qan xərçəngindən öldü. Yazıçı Qeorqi Pryaxin güman edir ki, Raisa bu xəstəliyə Mixail Qorbaçovla birlikdə Çernobıl səfərində tutulub. Onun ölümlə mübarizəsinin hər anı faciəli idi və o deyəcəkdi: "Mən ölməliydim ki, məni sevsinlər". Arvadının ölümcül xəstəliklə mübarizə apardığı dövrdə Qorbaçov çox gərgin vəziyyətdə idi. O, dəli kimi yorulurdu.

"Mən bütün vaxt Raisa ilə qalırdım və bütün gecəni yatmırdım. Hər 10 dəqiqədən bir onun böyrü üstə çevrilməyinə kömək edirdim. Onda bel ağırısı bitmirdi", - Mixail danışırdı.

Hər şey faciə ilə sona çatdı. 1999-cu ilin sentyarın 20-də səhər saat 03:00-da Raisa öldü. Mixail arvadının əlini əlində saxlayırdı və ona nəsə danışmaqda davam edirdi. O, bilirdi ki, Raisanın şüuru itib və qayıtmayacaq, lakin danışırdı... Gənclik illərində yaşadıqları birgə həyatlarından danışırdı.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da partlayış nəticəsində 1 nəfər ölüb

27 May 2017 04:22

Liviyada silahlılar Qəddafiyə bağlı məmurların saxlandığı türməni ələ keçirib

27 May 2017 04:02

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI

27 May 2017 03:48

Almaniyada maşın metro stansiyasına girib:

27 May 2017 03:34

G7 ölkələrinin liderləri terrorizmlə mübarizəyə dair bəyannamə imzalayıblar

27 May 2017 03:32

Ağcabədidə "Daewoo" yanıb

27 May 2017 03:22

Parisdə terror həyəcanı

27 May 2017 02:48

Mariya Zaxarova: “Bakı məni heyran etdi”

27 May 2017 02:42

Qriqori Karasin: “Azərbaycan və Rusiya prezidentləri iyunun 8-9-da Astanada görüşəcəklər"

27 May 2017 02:37

Meksikada başı kəsilmiş beş meyit tapılıb

27 May 2017 02:29

"Mançester Yunayted" futbolçusu ilə müqavilə yenilədi

27 May 2017 02:28

Dünyanın ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb

27 May 2017 02:07

İsveçdə partlayış baş verib

27 May 2017 01:53

Çində bayker yanacaqdoldurma məntəqəsində motosikletini yandırıb

27 May 2017 01:42

"İyunda Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənilir”

27 May 2017 01:33

Tovuzda dəhşətli sürpriz:

27 May 2017 01:31

Azərbaycanın Respublika və Silahlı Qüvvələr günləri Londonda təntənəli şəkildə qeyd olunub

27 May 2017 01:29

İsveçin Malmö şəhərində partlayış baş verib

27 May 2017 01:22

Görünməmiş QƏZA: Maşın metroya girdi - FOTO

27 May 2017 01:18

Misir HHQ terrorçuların Liviya ərazisindəki mövqelərinə hava zərbələri endirib

27 May 2017 01:08

FHN-in mərkəzlərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilib

27 May 2017 01:07

Berlində maşın metroya girib, 6 nəfər xəsarət alıb

27 May 2017 01:02

Mançester terroru ilə bağlı daha bir şübhəli saxlanıldı

27 May 2017 00:58

Mançesterdə terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb

27 May 2017 00:36

Azərbaycan nefti ucuzlaşıb

27 May 2017 00:36

Ramazan ayı başladı

27 May 2017 00:23

Astroloji proqnoz - 27 may

27 May 2017 00:08

"Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzaladı

27 May 2017 00:05

Günün qoroskopu: irəliləyin!

27 May 2017 00:05

Ramazan ayı başlayıb

27 May 2017 00:02

Ramazan ayı başladı

27 May 2017 00:01

Dünya nəqliyyatı "pik saatda" - FOTO

26 May 2017 23:57

Azərbaycan XİN Misirdə baş verən terror aktını pisləyib

26 May 2017 23:53

Heç vaxt görmədiyiniz ən nadir 18 ekzotik meyvə - FOTO

26 May 2017 23:52

Azərbaycanın işgüzar qadınları Yaponiyada qlobal sammitdə çıxış etdi - FOTOLAR

26 May 2017 23:48

Bu paltarları illər əvvəl anaları geyinmişdi - FOTO

26 May 2017 23:47

Gözəl Bayramlı haqqında həbs qətimkan tədbiri seçilib

26 May 2017 23:42

Ermənistan parlamentinin spikeri öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib

26 May 2017 23:36

Avroliqanın rəmzi yığmasına düşən hücumçu "Şalke"nin hədəfində

26 May 2017 23:32

17 yaşlı intihara cəhd edib

26 May 2017 23:32

Sağlamlığı möhkəmləndirmək üçün yalnız 2 DƏQİQƏ lazımdır

26 May 2017 23:27

Parisin mərkəzində partlayış təhlükəsi elan olunub

26 May 2017 23:27

ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq

26 May 2017 23:26

Mingəçevirdə zəncirvari yol qəzası baş verib

26 May 2017 23:22

"Real" azarkeşlərinə final öncəsi xoş xəbər

26 May 2017 23:22

Üzünüzdə təbəssüm yaradacaq FOTOLAR

26 May 2017 23:17

2017-ci ilin ən qənaətcil avtomobilləri - FOTO

26 May 2017 23:12

Bakı sakinləri Ramazan ayında toy edirmi?

26 May 2017 23:08

Sizdə ZOB XƏSTƏLİYİ inkişaf edə bilərmi?

26 May 2017 23:05

Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR

26 May 2017 23:05