Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarıldı

Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarıldı

​Mədəsindən 915 ədəd paslanmış qəpik çıxdı... (07 Mart 2017 17:21)
Mədəsindən 5 kq qəpik çıxdı (06 Mart 2017 19:27)
Mədəsindən 5 kq qəpik çıxdı - ŞOK (06 Mart 2017 17:13)

Tarix: 21 Noyabr 2016 11:42

Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl mərkəzə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin, qəpiyin olması təsdiq edilib.
 
Milli.Az xəbər verir ki, RMDM-dən APA-ya verilən məlumata görə, nəticədə yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.
 
RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb.

Milli.Az


Teqlər:  Azərbaycanda yaşlı uşağın mədəsindən qəpik çıxarıldı



RƏYLƏR


Top xəbərlər