Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Kapital Bank" ilin ilk 9 ayını 42 mln. manat xalis mənfəətlə başa vurub

"Kapital Bank" ilin ilk 9 ayını 42 mln. manat xalis mənfəətlə başa vurub

Date: 21 November 2016 11:47

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "Kapital Bank" ASC-nin faiz gəlirləri 150,758 mln. manat, faiz xərcləri isə 62,014 mln. manat təşkil edib. Bu barədə "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, "Kapital Bank"ın xalis faiz gəliri 88,744 mln. manat olub.
Bank qeyri-faiz əməliyyatlarından 87,7 mln. manat gəlir əldə edib, bu növ əməliyyatlara isə 81,415 mln. manat xərc çəkib. Bununla da, onun xalis əməliyyat mənfəəti 95,129 mln. manat təşkil edib.
"Kapital Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 42,375 mln. manat, mənfəət vergisinin ödənilməsinə isə 11,242 mln. manat yönəldib. Beləliklə, Bank ilin ilk 9 ayını 41,511 mln. manat xalis mənfəətlə başa vurub. 
Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bankın səhmlərinin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 


Tags:  Kapital Bank ilin ilk ayını 42 mln manat xalis mənfəətlə başa vurub


RƏYLƏR


Top news