Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avstriya XİN başçısı: “Biz Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə hazırıq”

Avstriya XİN başçısı: “Biz Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə hazırıq”

Çin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməyə hazırdır (08 Mart 2017 12:32)

Tarix: 21 Noyabr 2016 11:52

Bakı. 21 noyabr. REPORT.AZ/ “Avstriya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə hazırdır” .
“Report” xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts “Armenpress”ə müsahibəsində bildirib.
“Biz ATƏT-in Minsk qrupunun üzvü deyilik, ancaq Minsk prosesini dəstəkləmək üçün əlimizdən gələni edirik. Şübhəsiz bu münaqişənin hərbi yolu yoxdur. Tərəflər maksimum əməkdaşlığa və danışıqlara cəlb edilməlidir. Münaqişənin yenidən alovlanması həlledici ola bilər və Moskvadan Vaşinqtonadək beynəlxalq ictimaiyyət bunun tərəfdarı deyil. Danışıqlar masasında artıq çoxsaylı təkilflər var”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, 2017-ci ildə ATƏT-ə Avstriya sədrlik edəcək. 

Teqlər:  Avstriya XİN başçısı Biz Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə hazırıq



RƏYLƏR


Top xəbərlər