Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Milan Baroş "Qarabağ"la oyunu buraxa bilər

Milan Baroş "Qarabağ"la oyunu buraxa bilər

Götse Azərbaycan yığması ilə oyunu buraxa bilər (01 Mart 2017 11:17)
Almaniya millisinin futbolçusu Mario Götse Azərbaycan yığması ilə oyunu buraxa bilər (01 Mart 2017 10:02)
Çinlilər "Milan"ın baş məşqçisi ilə bağlı qərar verib (01 Mart 2017 07:32)

Tarix: 21 Noyabr 2016 11:57

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Slovan" ciddi itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hücumçu Milan Baroş Çexiya çempionatının XIV turunda "Yablonets"lə qarşılaşmada zədələnib.

"Yablonets"in 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Baroş cəmi 5 dəqiqə meydanda qala bilib. Belə ki, 5-ci dəqiqədə ayağından xəsarət alan ulduz futbolçu mübarizəni davam etdirə bilməyib və əvəzlənib. Tibbi müayinə zamanı 35 yaşlı forvardın topuq əzələsində problem olduğu aşkarlanıb. Onun Avroliqanın V turunda "Qarabağ"la keçiriləcək oyunda iştirakı sual altına düşüb.
 
Qeyd edək ki, "Slovan" - "Qarabağ" matçı noyabrın 24-də Liberetsdə keçiriləcək.

Milli.Az


Teqlər:  Milan Baroş Qarabağla oyunu buraxa bilər



RƏYLƏR


Top xəbərlər