Rusiya XİN: 3200-dən çox Rusiya vətəndaşı müharibədə terrorçular tərəfindən döyüşmək üçün Suriya və İraqa gedib

Rusiya XİN: 3200-dən çox Rusiya vətəndaşı müharibədə terrorçular tərəfindən döyüşmək üçün Suriya və İraqa gedib
11:57 21 Noyabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ 3200-dən çox Rusiya vətəndaşı münaqişənin əvvəlindən müharibədə terrorçular tərəfindən döyüşmək üçün Suriya və İraqa gedib.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhlükələr Departamentinin direktoru İlya Roqaçyov bildirib.
"Son illərdə qlobal terror təhlükəsi İŞİD terror qruplaşmasının yaranması və fəallığı ilə yeni keyfiyyət əldə edib. Bu qruplaşmanın fəaliyyətinin əsasını İraq və Suriya təşkil edir... Hüquq-mühafizə və xüsusi xidmət orqanlarının məlumatına görə, münaqişə zonasına 3200-dən artıq rusiyalı yollanıb. Bəzi hallarda döyüş aparmaq təcrübəsi qazanan və beynəlxalq terror təşkilatları ilə əlaqələri olan bu şəxslər Rusiyaya qayıtdıqdan sonra Şimali Qafqaz regionunda mövcud olan yeraltı quldur dəstələrə qoşulur. Onların yeni üzvlər cəlb olunmasında, terror aktlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək ehtimalı yüksəkdir", - deyə İ.Roqaçyov vurğulayıb.
O, Rusiyanın həmçinin İŞİD tərəfdarları tərəfindən informasiya məkanında aparılan ideoloji təbliğatın genişlənməsindən narahat olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-xi-n-3200-den-cox-rusiya-vetendasi-muharibede-terrorcular-terefinden-doyusmek-ucun-suriya-ve

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR