Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ: “Bütün dünyanı yandıracaq və qana bulayacaqlar” - VİDEO

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ: “Bütün dünyanı yandıracaq və qana bulayacaqlar” - VİDEO

Date: 21 November 2016 11:58

Türkiyə terror təşkilatlarına qarşı bir divardır”.

Publika.az xəbər verir ki, bunu NATO Parlament Assambleyasının Türkiyədə keçirilən payız sessiyasının toplantısında bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Suriya və İraqdakı vəziyyətin NATO-nun gündəmində olduğuna diqqəti çəkən Ərdoğan bildirib ki, toplantının İstanbulda keçirilməsi bir mesajdır.

“Türkiyə terror təşkilatlarına qarşı sanki bir divardır. Biz əgər bu mübarizədə müvəffəqiyyətsiz olsaq, yəni bu divar yıxılsa, terrorçular bir sel kimi bütün dünyanı yandıracaq və qana bulayacaq. Terrorla mübarizədə Türkiyəyə verilən hər dəstək həmin ölkələrin öz gələcəyinə qoyduğu sərmayədir”, - Ərdoğan xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) başda Suriya olmaqla üzrə bir çox böhranda kifayət qədər təsirli davrana bilmədiyi deyən Türkiyə prezidentinin sözlərinə görə, beynəlxalq təşkilatın yenidən qurulması qaçılmaz bir zərurət halına gəlib.

Ömər Dağlı


Tags:  Ərdoğandan ŞOK XƏBƏRDARLIQ Bütün dünyanı yandıracaq qana bulayacaqlar VİDEO

RƏYLƏR


Top news