“Baş redaktoram, lazım olsa korrektorluq da edərəm" - 15 YAŞLI YUBİLYAR

“Baş redaktoram, lazım olsa korrektorluq da edərəm" - 15 YAŞLI YUBİLYAR
11:59 21 Noyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

 

Yadımdadı, 15 il əvvəl bir qrup jurnalist yığılıb “Xalq cəbhəsi” adlı qəzet yaradanda, çoxları bunun müvəqqəti layihə olacağını deyirdi. Amma 20 noyabr 2001-ci ildən indiyədək, bir gün də olsa, nəşrini dayandırmayıb bu “müvəqqəti layihə” .


İlk nömrəsi 20 noyabrda çıxsa da, qəzetin ad gününü 19-da qeyd edirlər. Bu da təsadüfi deyil. Qəzetin nəşrindən düz 10 il əvvəl Azərbaycanda böyük faciə yaşanmışdı. Qarabağ səmasında ermənilər tərəfindən içində dövlət adamlarının olduğu vertolyotu vurmuşdular. Ölənlərin arasında həmkarlarımız da vardı.

 

- Həmişə belə edirik. Qəzetin ad günlərini bir gün irəliyə çəkirik. Və bu ənənə 15 ildir ki, davam edir.

 

Elçin Mirzəbəyli deyir bunları. Qəzetin 4-cü, amma ən uzun ömürlü baş redaktoru. Əsasını Vüsalə Mahirqızının qoyduğu qəzetə qısa müddətdə Bəhmən Faziloğlu və Cavanşir Həsənli də rəhbərlik edib. Amma 2006-cı ildən etibarən “Xalq cəbhəsi”nin sükanı Elçin Mirzəbəylinin əlindədir.

 

*** 

 

- Bağışlayın, bir az gecikdim, amma sizi 11-də gözləyirdim.

 

Hövlnak içəri keçib kreslosunda əyləşir. Biz ondan beş dəqiqə tez gəlmişdik. 5 dəqiqə gecikmənin səbəbi də nə olsa yaxşıdır? Ölkənin tanınmış vəkillərindən biri Elçin bəyi məhkəməyə veribmiş; yazısına görə.

 

Elə söhbətə də yazı-pozudan başladıq. Bizim “Sonuncu dəfə nə vaxt yazı yazmısız?” sualına cavabı konkret oldu:

 

- Elə dünən. Mən nadir baş redaktorlardanam ki, demək olar günaşırı yazıram. Daha çox yaza bilərəm. Amma inanın, vaxtımın çoxu bu və ya digər media orqanlarına şərhlər verməyə gedir. Bax, indi sizdən ayrılacam, telekanallardan birinə verilişə dəvət ediblər, ora gedəcəm, sonra başqa bir iş çıxacaq.

 

- Bəs qəzetlə nə vaxt məşğul olursuz?

 

- Bütün günü nəzarətimdədir. Bilirsiniz, “Xalq cəbhəsi” formalaşanda elə bir oturuşmuş sistem də formalaşıb ki, hamı öz işini bilir. Baxın otaqlara, heç kim yoxdu. Ya tədbirlərdədirlər, ya da hansısa yazının dalınca gediblər. Sistem elədi ki, mən olmasam da işləyir.

 

- Bəs siz nə vaxt işləyirsiz?

 

- Bizdə belə əsaslı bölgü yoxdur. Mən baş redaktoram, lazım olanda korrektorluq da edə bilərəm, redaktə də. Şəkil də çəkə bilərəm. Qəzeti səhifələyə də. Hətta videoroliklər hazırlaya bilərəm.

 

*** 

 

Baş redaktor, sən demə, ixtisasca televiziyaçıdır. Peterburqda təhsil alıb. Qayıdıb İncəsənət institutunda dərs də deyib. Aralarında tanınmış telejurnalistlər olan xeyli tələbəsi də var. Amma tale onu qəzetə  gətirib çıxarıb.

 

Qəzet müstəqildir, həftədə beş dəfə oxucularla görüşür. Amma bütün hallarda partiyalığı da şübhə doğurmur. BAXCP-yə yaxınlığıyla yəni.

 

- Qüdrət bəy axırıncı dəfə redaksiyaya nə vaxt gəlib?

 

- Yadımda deyil. Ola bilər bir neçə ay əvvəl, buradan keçəndə maşını saxlayıb redaksiyaya girib, amma nə vaxt olduğun belə unutmuşam.

 

- Demək istəyirsiz qəzetin işinə müdaxilə etmir?

 

- İnanın, yox. Çünki buna ehtiyac da yoxdur. Götürün “Xalq cəbhəsi”nin son bir aydakı saylarına baxın, monitorinq edin. Görün BAXCP ilə bağı nə qədər material yerləşdirilib. Səmimi deyirəm, Qüdrət bəy də digər oxucular kimi, qəzeti hazır şəkildə oxuyur. Həm də aramızda bir etimad, etibar məsələsi var. Təbii ki, “Xalq cəbhəsi” qəzeti Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə eyni ideyaları bölüşən bir mətbuat orqanıdır. Ancaq qəzetin səhifələrinə diqqət yetirsəniz, Azərbaycanın bütün siyasi palitrasını görmək olar. Bir çox məsələlərdə, xüsusən də milli maraqlarımızda biz özünü müstəqil elan edən qəzetlərin çoxundan daha müstəqil görünürük. Əgər müstəqillik bir nəfər haqqında şantaj və böhtan xarakterli yazılar manşetə çıxartmaqdırsa, hansısa dairənin marağını ifadə etməkdirsə, bütün bunlardan sonra həmin şəxslərin fəaliyyətinə söykənərək mətbuat orqanı nəşr etdirməkdirsə, o zaman biz müstəqil deyilik. Yəni müstəqilliyin meyarları ilə atılan addımlar üst-üstə düşməlidir. Biz ədalət prinsiplərinin qorunmasında, Azərbaycan cəmiyyətinə və oxucuya münasibətdə ədalətliyik. Mənim üçün ədalət ən böyük müstəqillikdir. 
 

***

 

Qəzetin tirajından danışırıq. Deyir, qane etmir. Və əsas arqumentlərindən biri də odur ki, prezident yanında KİVDF olmasa, nəinki “Xalq cəbhəsi”, heç bir qəzet ayaqda dura bilməz.

 

 

Deyir, alıcılıq qabiliyyəti də qaneedici deyil. Amma qəzetin tirajının azlığı məsələsini də, mətbuat orqanının üzərinə qoymaq olmaz. Bunun bir çox səbəbləri var.

 

- Buraya oxucu aktivliyi ilə yanaşı, bölgələrə qəzetlərin çatdırılması problemini də əlavə etmək olar. Bizdə yayım menecerliyi formalaşmayıb. Bundan başqa, reklam bazarı bərbad vəziyyətdədir. Bütün bunlar tiraja və kütləviliyə əsaslı təsir edir.

 

Rəhbərlik etdiyi qəzetin bir özəlliyindən danışır:

 

- Bu qəzetdə hər gün ən azı bir neçə yazı olur ki, nəinki özəldir, hətta ümummilli mövzulara toxunulur. “Xalq Cəbhəsi” qəzetinin siyasi proseslərə yanaşma tərzi, ola bilər ki, bəzi insanlar tərəfindən qəbul edilməsin. Bu, təbiidir. Amma bütövlükdə “Xalq Cəbhəsi”nin simasına diqqət yetirəndə açıq-aydın görünür ki, bu, millətin, xalqın qəzetidir, öz ideyalarına bağlı olan mətbuat orqanıdır. O baxımdan, 15 il öncə “Xalq Cəbhəsi” necə yaranıbsa, o təməl prinsiplər – Bütöv Azərbaycançılıq, türkçülük, milli ideyalara sədaqət üzərində yolumuzu davam etdiririk. İnşallah, bundan sonra da belə olacaq. Qəzetimizin səhifələrinə diqqət yetirən insanlar açıq şəkildə görərlər ki, bu gün özünü müstəqil və tərəfsiz adlandıran əksər mətbuat orqanlarından biz daha tərəfsiz və daha müstəqilik. Bu müstəqillik ilk növbədə Azərbaycanın milli maraqlarına münasibətdə özünü büruzə verir. Mənə elə gəlir ki, əsas prinsip də budur. Millətin maraqlarına münasibətdə müstəqil olmaq, öz prinsiplərinə sədaqət nümayiş etdirmək və hər hansı bir xarici təsirə məruz qalmamaq ən böyük müstəqillikdir. 

 

 

***

 

Çap mediasının durumundan və perspektivlərindən danışırıq. Deyir, vəziyyət bütün dünyada belədir. Və bununla barışmaq lazımdır. Amma çap mediası bütün hallarda ölməyəcək.

 

- Ola bilər, zamanla yeni çıxan texnologiya öz dəb dövrünü yaşayır, zaman keçdikcə bu  prosesin özü tənzimlənir. Hesab edirəm ki, çap mediası yeni texnologiyalardan istifadə etməklə, özünün varlığını qoruyub saxlayacaq. Azərbaycanda istər internet mediası,  istərsə də çap mediası üçün əsas problem bu deyil. Ən böyük problem oxucu  vərdişlərinin olmamasıdır, azərbaycanlılar oxumağı sevmirlər. Oxumaq bizim mədəni  həyatımızın tərkib hissəsinə çevrilməyib, mütaliə etməyi əksəriyyətimiz xoşlamırıq. Bu problemi aradan qaldırmaq üçün hamımız çalışmalıyıq.

 

***

 

Özüm keçmiş qəzetçi olduğumdan, amma uzun müddətdir ki, bu sahədən ayrıldığımdan mənə də maraqlıdır:

 

- Yenəmi gecə saat 12-1-ə kimi işdə olursuz? Bir zamanlar ondan tez bitməzdi günün nömrəsi.

 

- İndi də bəzən o vaxta kimi davam edirik. Amma nadir hallarda. Mən günün nəbzini hiss edirəm. Əgər günün sonuna önəmli nəsə baş verəcəksə, qəzeti saxlayıram. Amma adətən 11-dək bitir.

 

- Bəs qorxmursuz birdən  qəzeti tez bitirərsiz, “Pentaqonda islahatlar davam edir” sindromuna yoluxa bilərsiz?

 

- (Gülür) Bildim nəyə işarə edirsən, yox, elə bir qorxu yoxdur.

 

- Düzünü deyin, heç yaşadınızmı belə bir məqamı?

 

- Düzünü deyirəm, yox.

 

Pentaqonu bir kənara qoyaq, yaxşısı budu, həmkarlarımızı təbrik edək. 15 il sizə zarafat gəlməsin. Bir ömürdü. Və ən azı bir 15 il də arzulayaq “cəbhəçi”lərə”. Əgər ona qədər çap mediasının başına bir iş gəlməzsə, 30-da görüşünədək. 

 

Səbuhi Məmmədli





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Xaricə uğurla köçmək üçün – 12 QIZIL QAYDA

16 Avqust 2017 21:03

Zaur,Xoşqədəm,Nəsib,Mətanət...

16 Avqust 2017 21:02

Pentaqon: Rakka ərazisində 2500-dək İŞİD silahlısı var

16 Avqust 2017 20:47

Məktəblərdə hicab, saqqal və cins QADAĞAN EDİLDİ

16 Avqust 2017 20:43

MilliÖN-dən pul oğurlayan şəxs tutuldu

16 Avqust 2017 20:43

“Ağıllı” pəncərələr də yaradıldı

16 Avqust 2017 20:34

Türkiyədə zəlzələ olub

16 Avqust 2017 20:32

“WhatsApp”, “Viber” və “Telegram”ı vahid çatda birləşdirən PROQRAM TAMİNATI HAZIRLANDI

16 Avqust 2017 20:28

ABŞ-da helikopter qəzası - 5 hərbçi itkin düşdü

16 Avqust 2017 20:19

Nigeriyada terror aktı nəticəsində ölənlərin sayı 30 nəfərə çatdı

16 Avqust 2017 20:18

Lənkəranda ağır qəza - ölənlər və xəsarət alanlar var

16 Avqust 2017 20:13

CİA-nın QAFQAZ PLANI, Qarabağda “yorucu” MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

16 Avqust 2017 20:03

Keniyanın keçmiş baş naziri prezident seçkilərinin nəticələrinə etiraz edib

16 Avqust 2017 20:02

"Qarabağ"ın zəfəri dünya mətbuatında - NƏ YAZDILAR?

16 Avqust 2017 19:57

Xətaidə yaşayış binasında yanğın olub

16 Avqust 2017 19:57

Saqqızın hazırlanması üsulu - VİDEO

16 Avqust 2017 19:48

Röya yenidən Samirlə axtarışa çıxıb - İLLƏR SONRA

16 Avqust 2017 19:38

Qardaş bacısının xına mərasiminə hücum etdi -

16 Avqust 2017 19:38

Keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat edib

16 Avqust 2017 19:37

Masallıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 2-si yaralanıb

16 Avqust 2017 19:17

Tillerson: Pxenyanla dialoq qurmağa hələ də maraqlıyıq

16 Avqust 2017 19:15

Yasa gedənlər dəhşətlə üzləşdi: ölənlər və yaralılar var

16 Avqust 2017 19:14

Azərbaycanda arxeoloji qazıntı zamanı aşkarlanmış NADİR TAPINTILAR OĞURLANIB

16 Avqust 2017 19:13

Bir qrup hərbi qulluqçu şəhidin ad günündə ailəsinə baş çəkib

16 Avqust 2017 18:59

Bu qidaları yeyən uşaqlar daha ağıllı olur - FOTOLAR

16 Avqust 2017 18:48

Binəqədi-Novxanı avtomobil yolu çöküb

16 Avqust 2017 18:48

Milli Məclis sədrinin müavini Polşanın təhsil naziri ilə görüşüb

16 Avqust 2017 18:47

Sevgilisindən Neymara - AĞIR ZƏRBƏ

16 Avqust 2017 18:43

Azərbaycanda müdhiş oğurluq: nadir tapıntılar yoxa çıxdı

16 Avqust 2017 18:29

Saqqızın hazırlanması üsulu

16 Avqust 2017 18:29

Keti Perrinin VAMPİR sevgilisi üzə çıxdı – EŞQ ÜÇBUCAĞI - FOTOFAKT

16 Avqust 2017 18:28

Səfir: "Bu gün Azərbaycanda Rusiyada təhsil almağa yüksək maraq var"

16 Avqust 2017 18:27

U-17 bosniyalılara uduzdu

16 Avqust 2017 18:27

65 illik evli cütlük həyatlarına əl-ələ son qoydu

16 Avqust 2017 18:23

Naz Azərbaycan xalqını təhqir etdi

16 Avqust 2017 18:22

Dənizdə batan şəxs xilas edilib

16 Avqust 2017 18:20

Su borusu partladı, yol çökdü - FOTO

16 Avqust 2017 18:14

EVİMİZDƏKİ TƏHLÜKƏ - O hər an və hər yerdə bizi izləyir

16 Avqust 2017 18:13

Azərbaycan Prezidenti indoneziyalı həmkarını təbrik edib

16 Avqust 2017 18:12

Gavalı mürəbbəsinin hazırlanması

16 Avqust 2017 18:10

Erməni həkimin "müalicə" etdiyi bakılı bacıların DƏHŞƏTLİ HƏYATI: "Günlərlə evdə ac qalırıq..." - FOTOLAR

16 Avqust 2017 18:08

"Qarabağ" nə qədər qazanacaq?

16 Avqust 2017 18:07

İlham Əliyev Qabon Prezidentini təbrik edib

16 Avqust 2017 18:01

"Qarabağ"ın oyunçusu Çempionlar Liqası yığmasında

16 Avqust 2017 17:59

Əsl sovet plombirinin RESEPTİ

16 Avqust 2017 17:58

"Diva"-nın konsertindən məşqlər

16 Avqust 2017 17:58

Abşeronda su borusunun partlaması yolun çökməsinə səbəb olub

16 Avqust 2017 17:57

Bu il məişət tullantılarını zibil qutularından kənara tullayan 488 nəfər məsuliyyətə cəlb edilib

16 Avqust 2017 17:57

İlham Əliyev Qabon Prezidentini təbrik etdi

16 Avqust 2017 17:53

Bakıda öldürülən gəncin anası apellyasiya şikayəti verib

16 Avqust 2017 17:52