Bədəni qızdıran və smartfonu şarj edən sistem ilə təchiz olunmuş gödəkçə - FOTO

Bədəni qızdıran və smartfonu şarj edən sistem ilə təchiz olunmuş gödəkçə - FOTO
12:22 21 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

"Ravean Team" şirkəti yeni texnoloji gödəkçə yaradıb.

Belə ki, sözügedən gödəkçə bədənin qızdırılması üçün istilik və smartfonun şarj olunması sisteminə sahibdir. Gödəkçədəki istilik sistemləri gödəkçənin sinə, qarın və bel hissələrində yerləşmişdir. İstilik sisteminin 3 iş rejimi var. Bura hətta 38 dərəcəyə kimi qızdırılma da daxildir.

Milli.Az technote.az-a istinadən verdiyi xəbərə görə, təchiz olunmuş batareyanın həcmi 10600 mAh-dır. Bu, bədənin 15 saatlıq isinməsinə və smartfonun 2-4 dəfə şarj olunmasına yetərlidir. Gödəkçənin insanı sərt soyuq havada qızdıra biləcəyi hələ ki məlum deyil. Batareyasız, gödəkçə cəmi 80 qram ağırlığındadır. Onu paltaryuyan maşında rahatlıqla yumaq olar. Həmçinin gödəkçədə qar və yağışa qarşı sukeçirməz örtük də var. Sözügedən gödəkçələr üçün şirkət Kickstarter platformasında kampaniyaya start verib. Bu layihənin reallaşdırılması üçün 20.000$ lazımdır. 2 gün ərzində tələb olunan məbləğdən 5 dəfə daha artıq vəsait toplanıb. Kampaniyanın bitməsinə isə hələ 40 gün var. Gödəkçəni 139$ qiymətinə ön sifariş etmək olar. Onların satışa çıxması isə 2017-ci ilin avqust ayına gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR