Rusiya prezidenti Vladimir Putin Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitdəki çıxışında “Brexit”in (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı –red.) mümkün problemlərini və ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın bəyanatlarını şərh edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Vladimir Putin Böyük Britaniyanın Avropa İttifaqından çıxışı zamanı hər hansı problemlərin yaranmasını gözləmədiyini bildirib.
Kreml lideri həmçinin bəzi risklərin də olduğunu deyib: “Hər şey Böyük Britaniyanın Avropa İttifaqından çıxışının forması və tempindən asılı olacaq. Əlbəttə ki, müəyyən təhlükələr var, amma fikrimcə, hər şey sakit şəkildə inkişaf edəcək. Burada təzyiqi artıracaq heç nə lazım deyil”, - deyə Rusiya lideri qeyd ediB.
Donald Trampın seçkiqabağı ritorikasına gəlincə, Putinin sözlərinə görə, praktik olaraq bütün ölkələrdə prezidentliyə namizədin bəyanatları və real siyasət arasında böyük fərq var.
Ömər Dağlı