MOK-un vitse-prezidenti: "Gəncləri idmana cəlb etmək lazımdır"

MOK-un vitse-prezidenti: "Gəncləri idmana cəlb etmək lazımdır"
12:37 21 Noyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ "2016-cı il Azərbaycan idmanı üçün uğurlu oldu. Ölkəmiz Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medal sayında dünyada 14-cü oldu. Daha 10 idmançımız ilk 5-liyə daxil olub. Bu da çox yaxşı nəticədir".
"Report"un məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə birgə yeni memorandumun imzalanma mərasimində deyib. 
Onun sözlərinə görə, gəncləri idmana cəlb etmək lazımdır: "Buna isə "Olympic Moves" adlanan hərəkat vasitəsilə nail olmaq mümkündür. Biz Təhsil Nazirliyi ilə birgə yeni tədbirlər həyata keçirmək istəyirik. Bundan sonra arzu edərdim ki, Azərbaycanın həm də gənc idmançılar ölkəsi olduğunu deyək". 
Təhsil naziri və Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov olimpiya hərəkatında iştirak edən məktəblilərin sayının yüz minə çatdırılacağını bildirib: "Son illər futbol və şahmatın inkişafına dair dövlət proqramlarını işləyib hazırlamışıq. Bizim məktəblərdə 1,4 milyona yaxın şagird təhsil alır. Onların gələcək sağlam həyat tərzinin maarifləndirilməsi üçün geniş imkanlar var. Düşünürəm ki, biz bu istiqamətdə də çalışa bilərik". 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/gencleri-idmana-celb-etmek-lazimdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR