Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ŞOK: Vəkilləri Rza Zərrabı aldadır?

ŞOK: Vəkilləri Rza Zərrabı aldadır?

Date: 21 November 2016 12:37

Rza Zərrab ABŞ-da həbs olunub 75 il həbs cəzası istəyiylə məhkəmə araşdırması başladığında, ilk etdiyi iş Nyu-Yorkun ən bahalı vəkillərini tutmaq olub. Saatı təxminən 350 min dollara işləyən vəkilləri ABŞ-ın məşhur nəşrləri "yuxu komandası" olaraq xarakterizə edib.

Milli.Az sözcü-yə istinadən xəbər verir ki, prokuror Bhararanın Zərraba 50 sualla müraciət edəcəyi deyilir. Ancaq ondan əvvəl Zərrab haqda iddia qaldıran Nyu-York Cənubi Region Əyalət Baş prokuroru Preet Bharara "son hücumu" - "vəkilləri Zarrabı aldadırmı?" sualını gündəmə gətirib. 

Zərrab haqqında "bankları aldatmaq" iddiasının olduğu, bu bankların da zərərçəkmiş qismində növbəti məhkəmə prosesində iştirak edəcəkləri deyilir.

Vəkillərinin həm şübhəli Zərrabı, həm də zərərçəkmiş mövqeyində olan bankları təmsil etməsi bir arada şübhələrə yol açıb. Bhararanın hakimdən növbəti məhkəmə prosesini tələb etməsində əsas məqsədi Zərrabın vəkillərini "yaxşı anlayıb, anlamadığını" özü üçün müəyyən etməkdir.

Əgər Zərrab baş tutacaq məhkəmə prosesindən sonra da eyni vəkillərlə davam etmək istəsə, növbəti dinləmələrdə etiraz etmə şansını itirəcək.

Təhməz Təkin
Milli.Az


Tags:  ŞOK Vəkilləri Rza Zərrabı aldadır

RƏYLƏR


Top news