Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yalçın Topçu: “Rusiya Ermənistana dəstəyini dayandırarsa, bundan çox şey qazanar”

Yalçın Topçu:  “Rusiya Ermənistana dəstəyini dayandırarsa, bundan çox şey qazanar”

Date: 21 November 2016 12:38

”ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya böyük bir dövlətdir”.

APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu deyib. O, 300 milyonluq türk dünyasının, 1 milyard 700 milyonluq islam dünyasının mövcud olduğunu xatırladıb: “Əgər Rusiya kimi böyük dövlət terrorçu və işğalçı Ermənistana dəstəyini dayandırarsa və Qarabağda haqlı olan tərəfin yanında durarsa, bundan çox şey qazanar. Bu halda Rusiya 1 milyard 700 milyon insanın ürəyini, könlünü qazanmış olar. Rusiyanın belə bir ağılda olduğuna inanıram”.

Y. Topçu qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin böyük dövlət adamıdır: “Bunu görürəm, bilirəm. İnşallah, qarşıdakı günlərdə Rusiya qarabağlı, şuşalı uşaqların atalarının, analarının torpaqlarına dönməsinə səbəb olan addımlar atar, Ermənistanın haqsız işğalına tezliklə son qoyular”.


Tags:  Yalçın Topçu Rusiya Ermənistana dəstəyini dayandırarsa bundan çox şey qazanar

RƏYLƏR


Top news