Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın olimpiya mükafatçıları "Qızıl Qran Pri" turnirində iştirak etməyəcək

Azərbaycanın olimpiya mükafatçıları "Qızıl Qran Pri" turnirində iştirak etməyəcək

Date: 21 November 2016 13:02

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanın olimpiya mükafatçıları Rəsul Çunayev, Rövşən Bayramov və Sabah Şəriəti Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçiriləcək güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində iştirak etməyəcək.
Bu barədə "Report"a Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi əvəzi Akif Əliyev məlumat verib.
Onun sözlərinə görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə bürünc medal qazanan R.Çunayev zədə səbəbindən Bakıdakı turniri buraxmalı olacaq: "Rəsul zədəlidir, Türkiyədə əməliyyat olunub və hazırda oradadır. Həkim nəzarəti altında bərpa prosesi keçir. Bir müddət güləşə bilməyəcək. Amma gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək".
"Rio-2016"ın bürünc mükafatçısı S.Şəriəti və "London-2012"də gümüş medal qazanmış R.Bayramov da zədə səbəbindən turnirdə çıxış etməyəcək: "İdmançıların çıxış etməməsinə həkimlər qərar verib. Bildiriblər ki, onlar indi güləşsə, sonra yenə zədə ola bilər".
A.Əliyev "Qızıl Qran Pri"yə hazırlıqla bağlı da danışıb: "Məşqlər ciddi şəkildə davam edir. Çalışacağıq ki, Azərbaycanı layiqli şəkildə təmsil edək. Hazırda qırğızlarla birgə təlim-məşq toplanışı davam edir. İdmançılar məsuliyyətlərini yaxşı başa düşürlər. Düzdür, idmanda qələbə də olur, məğlubiyyət də. Ancaq yüksək nəticə qazanmağa çalışacağıq. Artıq heyətimiz müəyyənləşib. Hər çəkidə üç güləşçi çıxış edəcək. Burada hər kəs yığma komandanın üzvüdür. Burada bir nömrə olmaq üçün hazırlaşmaq, məşq etmək lazımdır".














Tags:  Azərbaycanın olimpiya mükafatçıları Qızıl Qran Pri turnirində iştirak etməyəcək

RƏYLƏR


Top news