2017-ci ildə ATƏT-ə sədrlik edəcək Avstriyanın xarici
işlər naziri Sebastian Kurs Dağlıq Qarabağ münaqişəsindən
danışıb.
Publika.az xəbər verir ki, Ermənistan mediasına
müsahibə verən Kurs münaqişənin sülh yolu ilə həllini
dəstəklədikərini bildirib: “Zorakılığın daha bir partlayışı
qaçılmaz ola bilər. Lakin Moskvadan Vaşinqtona qədər bütün
beynəlxalq ictimaiyyət zorakılığa qarşı olduğunu bəyan edib.
Danışıqlar masasında bir sıra təkliflər var idi və bunların
müzakirəsi gözlənilir”.
S.Kurs qeyd edib ki, Avstriya sülhün nizamlanması yollarının
axtarışlarında Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.
“Hələlik təşəbbüslər haqda danışmaq tezdir. Əgər arzular olacaqsa,
biz danışıqları qəbul etməyə hazırıq. Biz Minsk qrupunun üzvü
deyilik, lakin Minsk prosesinin saxlanılması üçün hər şeyi
edəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, S.Kursun cəmi 30 yaşı var və o, Avropada ən gənc
nazir olaraq tarixə düşüb.
Asif