Konte: "Kosta dünyanın ən yaxşı hücumçularından biridir"

Konte: "Kosta dünyanın ən yaxşı hücumçularından biridir"
13:17 21 Noyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi" Premyer Liqada ardıcıl 6-cı qələbəsini "Middlesbrough" səfərində qazanıb. Bu, eyni zamanda "zadəganlar"ın ardıcıl 6-cı "quru oyun"u olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Antonio Konte bunları deyib:

""Middlesbrough"la oyun digərlərinə bənzəmirdi. Biz cəmi bir dəfə rəqibin yaxşı təşkil olunmuş müdafiəsini yara bildik. Bir sıra epizodlarda çətinlik çəksə də, intizamı qorumaqla işimizin öhdəsindən gəldik. İkinci qolu vurmaq şansımız vardı. Bunlardan istifadə etmək lazım idi. Bu çempionatda son saniyələrə qədər arxayınlaşmaq olmaz. Hesabda üstün olduğumuza görə müdafiəyə xüsusi diqqət yetirməli olduq. Çünki "Middlesbrough" "Mançester Siti" ilə matçda olduğu kimi tarazlığı bərpa edə bilərdi.

"Liverpul" və "Arsenal"a uduzandan sonra 6 qələbə qazanıb top buraxmayacağımızı düşünmək çətin idi. Premyer Liqada belə nəticə inanılmazdır. 1.5 ay öncə "Çelsi" titul mübarizəsi və favorit statusundan kənar görünürdü. İndi komandanın qarşısında duran vəzifələr haqqında danışmaq və mövsümün ikinci yarısını gözləmək istəyirəm. Futbolçular və azarkeşlərimiz bilir ki, "Çelsi" sona qədər mübarizə aparacaq".

Konte "Middlesbrough"nun qapısına vurulan yeganə qolun müəllifi Diyeqo Kosta barədə də danışıb.

"O, hücumlarımızın əsas fiqurudur. Əvvəllər onun meydandakı davranışı, hadisələrə reaksiyası, emossional oyunu barədə çox suallar verirdilər. Hazırda Kosta dünyanın ən yaxşı hücumçularından biridir. O, komandaya çox fayda verir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR