Bu ədviyyat insulinin təbii əvəzləyicisidir

Bu ədviyyat insulinin təbii əvəzləyicisidir
13:18 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Şəkərli diabet xəstələrinə darçından istifadə təkidlə tövsiyə edilir.

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, müəyyən mənada darçın insulin funksiyasını yerinə yetirir. Xüsusilə də gündəlik pəhrizləri nəzərə alsaq, darçın şəkər xəstələrinə çox yaxşı təsir edir. Həkimlər deyirlər ki, onun faydalı xüsusiyyətləri bununla bitmir.

Kaliforniya universitetində aparılan elmi tədqiqat, göstərib ki, darçında metil-hidroksokalon adlı maddə var. Bu komponent anti-diabet effektinə malikdir, eyni zamanda qanda qlükozanın səviyyəsini azaldır. Qlükoza isə çəkinin həddən artıq artmasının ən əsas səbəbidir.

Image result for tarçın

Arıqlamaq istəyənlər ilk növbədə qlükozanın səviyyəsini azaltmalıdır. Dolayısı ilə darçın çəkinin sabit saxlanılmasında da böyük rol oynayır. Yəni, darçının əsas üstünlüyü onda qlükozanın səviyyəsini azaldan maddələrin olmasıdır.

Darçın anti-göbələk xüsusiyyətlərə də malikdir. Bunun üçün gündə iki xörək qaşığı darçın qəbul etmək tövsiyə olunur.

Image result for tarçın

İnqrediyentlər:

2 çay qaşığı toz darçın (əgər diabet xəstəsinizsə, onda bir qaşıq)

1 xörək qaşığı yulaf yarması

1 stəkan su

Hazırlanması:

Bu yeməyi hazırlamaq çox asandır. İsti suya yulaf yarmasını töküb qarışdırın. Hazır sıyığın üzərinə darçın əlavə edib yeyin. Siz təxminən bir həftə sonra bunun effekti hiss etməyə başlayacaqsınız. Darçınlı yulafı 15 gün ərzində maksimum gündə iki dəfə yemək lazımdır. Yalnız bu halda darçın bağırsağın mikroflorasına təsir göstərə bilər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/176744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR