"Limanın xidmətlərindən istifadə edən nəqliyyat vasitələrinin sayı artıb" - Taleh Ziyadov

"Limanın xidmətlərindən istifadə edən nəqliyyat vasitələrinin sayı artıb" - Taleh Ziyadov
13:24 21 Noyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin 9 ayı ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də göstərilən bütün xidmətlər üzrə artım müşahidə olunub.

 

Lent.az xəbər verir ki, bu barədə QSC-nin sədri Taleh Ziyadov məlumat verib. O, bildirib ki, ən böyük artım iri həcmli nəqliyyat vasitələrində, o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb:

 

"Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə limanın xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3,2 faiz artıb. Əsasən yüklərin son ünvanı Qazaxıstan və Türkmənistan olub. Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 41 faiz artaraq 3,25 milyon tona çatıb. Ümumi yükaşırmanın 86,8 faizi tranzit yükaşırmanın payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 82 faiz artıb. Son doqquz ayda Bakı Limanı vasitəsilə 16255 ədəd iri həcmli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib".

 

Qeyd edək ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 11110 ədəd artım deməkdir. Sədrin sözlərinə görə, bunların 9323 ədədi Bakı-Aktau-Bakı istiqamətində, 6932 ədədi isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib:

 

"Keçən ilin 9 ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 73 faiz artaraq 13859 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 79,8 artaraq 1,24 milyon ton olub. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 13 artaraq 25582 ədədə çatıb. Bunlardan 7240 vaqon Bakı-Aktau-Bakı istiqamətində, 18342 ədədi Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 17011 nəfər artıb. Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-cı ilin son doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 324 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti malların idxalının payına düşüb".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR