BMT-nin rezident-əlaqələndiricisi: "Azərbaycan gender bərabərsizliyini azaltmaq üçün çox iş görüb"

BMT-nin rezident-əlaqələndiricisi: "Azərbaycan gender bərabərsizliyini azaltmaq üçün çox iş görüb"
13:37 21 Noyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ "Azərbaycan son 10 il ərzində gender bərabərsizliyini azaltmaq üçün çox işlər görüb. Buna baxmayaraq, bəzi sahələrdə hələ təcili tədbirlər görülməsini tələb edən problemlər var".
"Report" xəbər verir ki, bunu "Davamlı inkişafa doğru: qadınlara qarşı zorakılığa yox deyək" tədbirində çıxış edərkən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai deyib.
Onun sözlərinə görə, ölkədə hələ də oğlan uşaqlarının doğuş səviyyəsi qız uşaqlarından çoxdur, qadınlar hələ də məhdud iqtisadi imkanlara malikdir. O, həmçinin ölkədə gender zorakılığı qurbanları üçün elə də çox sığınacağın olmaması faktına görə, təəssüfləndiyini bildirib.
Q.İsakzainin fikrincə, əhalinin maarifləndirilməsi və davamlı inkişafın məqsədlərinə nail olunması qadınlara şiddətin qarşısının alınmasında yardım edə bilər.
Q.İsakzai çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və digər təşkilatlara qadınlara qarşı şiddətin qarşısının alınması sahəsindəki əməkdaşlığa görə minnətdarlığını bildirib və bu səylərin davam edəcəyinə ümidvar olduğunu söyləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bmt-nin-rezident-elaqelendiricisi-azerbaycan-gender-berabersizliyini-azaltmaq-ucun-cox-is-gorub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR