Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ-ın “Cub Energy Inc.” şirkətinin bu ilin yanvar-sentyabr ayları ərzində neft və qazın satışı üzrə gəlirləri 22,6% azalaraq 13,41 mln. dollar təşkil edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.
Qeyd edək ki, “Cub Energy” şirkətinin baş ofisi ABŞ-ın Hyuston şəhərində yerləşir, şirkətin Kiyevdə də ofisi var. Şirkətin əsas fəaliyyəti Ukraynada cəmləşib.