Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BP və "Total" Norveç bazarındakı payını azaldır

BP və "Total" Norveç bazarındakı payını azaldır

Date: 21 November 2016 14:02

Bakı. 21 noyabr. REPORT.AZ/ Bir sıra nəhəng xarici neft şirkətləri Norveç bazarından ayrıldıqlarını bəyan edib.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Bu ayrılıq karbohidrogenlərin qiymətinin aşağı olması və nəticədə şirkətlərin hasilatı ixtisar etməyə başlamağa məcbur qalmasıyla bağlıdır.
Artıq xərcləri azaltmaq və səhmlərinin bir hissəsini satmaq istəyini BP, "Exxon Mobil" (ABŞ), "Royal Dutch Shell" (Hollandiya) və "Total" (Fransa) kimi nəhəng neft şirkətləri açıqlayıb. İxtisarlar əsasən kəşfiyyat işləri üzrə xərclərə aiddir.
Neft gəlirlərinin azalması təkcə neft hasil edən şirkətlərin rentabelliyi artırmaq cəhdləriylə bərabər, həm də neft-qaz sektoru işçiləri arasında işəgötürənlərin əmək haqqının azaldılması üzrə planları ilə əlaqədar olaraq etirazlara gətirib çıxarıb.
Norveç hökuməti bu sahəyə dəstəyi artırmaq üçün 2017-ci ildə əlavə 225,6 milyard kron (28 milyard ABŞ dolları) ayırmaq niyyətindədir. Lakin şelfdə neft və qaz hasilatına ayrılan sərmayə 2017-ci ildə 10%, 2018-ci ildə isə 6,8% azalacaq.
Sahə tənzimləyicisinin qiymətləndirməsinə görə, xarici tərəfdaşların artıq elan etdikləri yataqların dekonstruksiya və konservasiya işləri üzrə xərc 170 milyard kron (20 milyard ABŞ dolları) təşkil edəcək.


Tags:  Total Norveç bazarındakı payını azaldır


RƏYLƏR


Top news