"ABŞ olmadığı yer dağılır" - Obama

"ABŞ olmadığı yer dağılır" - Obama
14:12 21 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Prezident Barak Obama ABŞ-ın dünyadakı rolunun Rusiya və Çindən necə fərqlənməsindən danışıb.

Mili.Az xəbər verir ki, bu barədə azvision.az "Rosbalt"-a istinadən xəbər verir. 

"Biz bütün problemləri həll edə bilmirik, lakin əgər ABŞ düzgün olanın tərəfində deyilsə, bu mövqeni qorumursa, onda hər şey dağılır", - deyə Obama Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin yekunlarından danışarkən bildirib. 

Bu arada Obama ABŞ-ın dünyada əvəzi olunmaz ölkə olduğunu bəyan edib: "Digər vacib ölkələr də var. Məsələn, Çin. Lakin Çin iqlim dəyişikliyi üzrə Paris razılaşmasının imzalanması üçün 200 ölkəni bir araya toplamaq üzərində işləməyib. Rusiya olduqca böyük hərbi gücdür, lakin onlar fırtınadan sonra Haitinin bərpasında iştirak etmirlər. Biz isə edirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR