"Ermənistan başqalarının gücünə güvənərək hərəkət edir"

"Ermənistan başqalarının gücünə güvənərək hərəkət edir"
14:22 21 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan hər dəfə öz gücünə deyil, başqalarının gücünə istinad edərək hərəkətlər edir, danışır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O qeyd edib ki, Azərbaycan yalnız öz gücünə güvənərək mübarizə aparır və ərazi bütövlüyünü təmin edəcək:

"Aprel döyüşləri sübut etdi ki, güclü olan hansı tərəfdir. Əgər Ermənistan bundan sonra da ittifaqda olduğu ölkələrin gücünü öz hərbi gücü hesab edərək danışıqlarda iştirak edəcəksə, bu, yalnız onun məğlubiyyətinə gətirib çıxaracaq. Ermənistanın hazırkı iqtisadi durumu, sosial vəziyyəti, ordusunun acınacaqlı durumu aprel döyüşlərində ortaya çıxdı. Bu günlərdə Ermənistan hüquq müdafiəçilərinin Azərbaycana səfəri zamanı onların açıqlamaları da sübut edir ki, Ermənistan cəmiyyəti də siyasi rəhbərliyin avantürasından narazıdır və öz problemlərində məhz Sarkisyan rejimini günahkar sayır. Ona görə də ölkələrin ərazi  bütövlüyünün pozulması məqsədilə hər hansı hərbi ittifaqdan istifadə etmək mümkün olmayacaq". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR