Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Kərimlinin köməkçisinin şikayəti rədd edildi

Əli Kərimlinin köməkçisinin şikayəti rədd edildi

Date: 21 November 2016 14:32

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsdə olan köməkçisi Faiq Əmirlinin həbs müddətinin uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə F.Əmirlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, F.Əmirli bu il avqustun 20-də saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə prokurorluğun təqdimatı ilə Nəsimi Rayon Məhkəməsi F.Əmirli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Milli.Az


Tags:  Əli Kərimlinin köməkçisinin şikayəti rədd edildi

RƏYLƏR


Top news