Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Unibank" 500 min manata qədər biznes kreditləri təklif edir

"Unibank" 500 min manata qədər biznes kreditləri təklif edir

"Unibank" bu il 1,5 milyon manat ipoteka krediti verib (28 Fevral 2017 12:13)
"Unibank" bu il 1,5 mln. manat ipoteka krediti verib (28 Fevral 2017 11:12)
"Nikoil Bank" müştərilərə biznes kreditləri təklif edir (22 Fevral 2017 10:02)

Tarix: 21 Noyabr 2016 14:47

Bakı. 21 noyabr. REPORT.AZ/ "Unibank" ASC biznes sahibləri üçün manat kreditləri təklif edir. Bankdan "Report"a verilən məlumata görə, iri, orta və kçik biznes sahibləri Bankdan 500 manatdan 500 000 manatadək kreditləri 24 ayadək ala bilərlər.
"Hazırda ölkədə on minlərlə sahibkar öz biznesini böyütmək arzusundadır və "Unibank" davamlı olaraq onlara dəstək verir. İstehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü ilə məşğul olan, öz biznesi olan sahibkarlar Bankın Bakıda və eləcə də regionlarda yerləşən filiallarına müraciət edərək, "Unibank"dan sərfəli manat kreditləri götürə bilərlər. Öz ev təsərrüfatını genişləndirmək istəyənlər üçün də "Unibank" sərfəli manat mikrokreditlər təklif edir", - deyə Bankın açıqlamasında qeyd olunur.
Qeyd edək ki, "Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə vətəndaşların xidmətindədir. Müştərilərin rahatlığı naminə Bankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.

Teqlər:  Unibank 500 min manata biznes kreditləri təklif edir



RƏYLƏR


Top xəbərlər