Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Putin: “Bu, bütün Ukrayna üçün təhqir idi”

Putin: “Bu, bütün Ukrayna üçün təhqir idi”

Putin və Poroşenko gizli danışıqlar aparır - MƏNBƏ (02 Mart 2017 11:23)
“Putin iki-üç ilə bu ölkənin cəsədini görəcək” - ŞOK PROQNOZ (28 Fevral 2017 14:18)

Tarix: 21 Noyabr 2016 14:53

“Mixail Saakaşvilinin qubernatorluğu Odessa sakinləri və bütün Ukrayna xalqı üçün təhqir idi”.

Publika.az ”RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı rejissor Oliver Stounun çəkdiyi “Ukrayna od içində” filmi üçün verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putin deyib.

“Bu sadəcə, Odessa sakinlərinə və bütün Ukrayna xalqına təhqirdir. ABŞ-da hətta ona işçi vizanı vermədilər. İşə düzəlməyə çalışdığı universitetlər onu daimi işə götürmək istəmədilər”, - Saakaşvilinin təyinatını şərh edən Putin bildirib.

Xatırladaq ki, Saakaşvili noyabrın 7-də Odessanın qubernatoru vəzifəsindən istefa verib. O, həmçinin Ukrayna prezidenti Pyotr Poroşenkonu regionda cinayətkar qruplaşmaları himayə etməkdə ittiham edib.

Ömər Dağlı


Teqlər:  Putin Bu bütün Ukrayna təhqir idi



RƏYLƏR


Top xəbərlər