Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Öz-özümüzə sual verməliyik ki..."

"Öz-özümüzə sual verməliyik ki..."

Date: 21 November 2016 14:57

Komandanın əsas çatışmazlığı hesabdakı üstünlüyü qoruya bilməməyimizdi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Anderlext"in əlcəzairli futbolçusu Sofian Hanni deyib.

Belçika təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu həftə "Qəbələ"nin qonağı olacaq. Bundan öncə ölkə çempionatında "Zulte-Varegem"lə qarşılaşan "Anderlext" meydandan məğlubiyyətlə ayrılıb - 2:3.
 
Hanni Belçika mətbuatına açıqlamasında komandasının hazırkı vəziyyətinin ürəkaçan olmadığını bildirib. 25 yaşlı yarımmüdafiəçi vurğulayıb ki, belə davam edəcəkləri təqdirdə, həm daxili çempionatda, həm də Avropa Liqasında istəklərinə çata bilməyəcəklər: "Son qarşılaşmada müdafiədə oturduq. Daha çox uzun ötürmələrə üstünlük verdik, amma bunun faydasını görmədik. Öz-özümüzə sual verməliyik ki, bu nə oyundu? Bu, "Anderlext"in göstərdiyi əsl futbol deyil. Belə davam etsək, iştirak etdiyimiz heç nə əldə etməyəcəyik".
 
Belçika çempionatında 15 turdan sonra 25 xal toplayan "Anderlext" turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Avropa Liqasında isə komanda 4 oyundan sonra "Sent-Etyen"lə birlikdə 8 xala malikdi.

Milli.Az


Tags:  Öz-özümüzə sual verməliyik

RƏYLƏR


Top news