NATO-nun Baş katibi erməni deputatı rəzil etdi - FOTO

NATO-nun Baş katibi erməni deputatı rəzil etdi - FOTO
14:58 21 Noyabr 2016
196 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan parlamentinin deputatı Koryun Nahapetyan NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci müdafiə və təhlükəsizlik toplantısında məyus olub.

Bu barədə Publika.az-a həmin toplantıda iştirak edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı məlumat verib.

O deyib ki, erməni deputat Koryun Nahapetyan NATO-nun Baş katibi Yens Stoltenberqə təxribat yönümlü “Türkiyə NATO ölkəsidir, ancaq Ermənistanı işğal edə bilər. Bu zaman NATO-nun adekvat cavabı olacaqmı” sualını verib:

“NATO Baş katibi Yens Stoltenberq isə bu suala ümumiyyətə cavab verməyib və erməni deputata əl sallayaraq, digər mövzuya keçib. Erməni deputatın məyus vəziyyətə düşən halı zalda olan tədbir iştirakçılarının da diqqətinə səbəb olub. Hətta, zalda buna görə erməni deputata gülən xarici qonaqlar da olub”.

M.İbrahimqızı həmçinin qeyd edib ki, erməni deputatlar Azərbaycan nümayəndə heyətinə cavab verməyə cürət etməyiblər:

“Siyavuş Novruzov və mən tədbirdə çıxış etmişik. Mənim çıxışım qaçqın qadınlarla bağlı idi. Mən açıq şəkildə bildirdim ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan qadınları qaçqın və əsir vəziyyətinə düşüb, Xocalıda yüzlərlə qadın, körpə uşaq erməni terrorçuları tərəfindən qətlə yetirilib. Mən bütün bunları deyəndə zalda erməni deputatlar da var idi, ancaq bizə cavab verməyə cürətləri çatmadı”.

Deputat bildirib ki, erməni deputatlar əvvəlcədən hazırlaşaraq, məqsədli şəkildə NATO-nun Türkiyədə keçirilən tədbirində təxribat yaratmaq istəyib:

“Ancaq ermənilərin bu istəyi də baş tutmayıb. Türkiyənin dövlət və hökumət rəsmiləri onlara layiqli cavab veriblər”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/176770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR