Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Müttəhim huşunu itirdi: Dörd yaşlı qızı öldürən sürücüyə 6 il həbs

Müttəhim huşunu itirdi: Dörd yaşlı qızı öldürən sürücüyə 6 il həbs

Tanınmış aktyor çəkilişdə huşunu itirdi (16 Mart 2017 10:44)
Torres oyunda huşunu itirdi - VİDEO (03 Mart 2017 08:37)
90 yaşlı kişi ona gələn kommunal borcu GÖRƏNDƏ HUŞUNU İTİRDİ - 300 manat... (23 Fevral 2017 14:03)

Tarix: 21 Noyabr 2016 15:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rahim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın xəbərinə görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edib. O, R. Hüseynovun talassemiya xəstəliyindən əziyyət çəkdiyini deyərək, ona şərti cəza verilməsini istəyib.

 

 

Təqsirləndirilən şəxs son söz deyəndən sonra huşunu itirərək, yerə yıxılıb. Penitensiar Xidmətin əməkdaşları tərəfindən R. Hüseynova yardım göstərilib və onun vəziyyəti normallaşıb.

 

Hakimlər hökm oxumaq üçün müşavirəyə gedib.

 

 

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, R. Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, bu il iyunun 15-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Rahim Hüseynov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 4 yaşlı Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.


Teqlər:  Müttəhim huşunu itirdi Dörd yaşlı qızı öldürən sürücüyə il həbs



RƏYLƏR


Top xəbərlər