Fransada terror hücumu hazırlanmasında şübhəli bilinənlər tutulublar

Fransada terror hücumu hazırlanmasında şübhəli bilinənlər tutulublar
15:07 21 Noyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Strasburq şəhərində terror hücumu hazırlanmasında şübhəli bilinən 7 nəfər Fransanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Şübhəli şəxslər bazar gününə keçən gecə Strasburq və Marseldə tutulublar.
Qeyd edək ki, antiterror əməliyyatı Strasburqda cümə gününə təyin edilən və hər il şəhər küçələrinə 2 milyona qədər turist cəlb edən məşhur Milad yarmarkası ərəfəsində keçirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-terror-hucumu-hazirlanmasinda-subheli-bilinenler-tutulublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR