Ərəb koalisiyası Yəməndə atəşkəsin başa çatdığını elan edib

Ərəb koalisiyası Yəməndə atəşkəsin başa çatdığını elan edib
15:32 21 Noyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının nümayəndəsi Əhməd Asiri Yəməndə atəşkəsin başa çatdığını elan edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, atəşkəsin uzadılmayacağını bildirib.
"Atəşkəs şəraitinin uzadılması şərtlərinin yerinə yetirilməməsi Yəməndə atəşkəsin başa çatması deməkdir", - deyə Ə.Asiri "Əl-Cəzirə" telekanalına açıqlamasında deyib.
Qeyd edək ki, Yəmən münaqişəsində 48 saatlıq atəşkəs noyabrın 19-da Ərəb koalisiyası tərəfindən elan olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ereb-koalisiya-yemende-ateskesin-basa-catdigini-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR