Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xocavənddə 2 ədəd tank əleyhinə mina aşkarlanıb

Xocavənddə 2 ədəd tank əleyhinə mina aşkarlanıb

Date: 21 November 2016 15:47

Bakı. 21 noyabr. REPORT.AZ/ Xocavənd rayonunda 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata əsasən, hadisə rayonun Qarasu ərazisində əkin sahəsində qeydə alınıb. 
Hava şəraitinə görə aşkarlanan minalar noyabrın 22-də yerində zərərsizləşdiriləcək. 
Məlumata görə, ANAMA tərəfindən 200 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə agentlik aprelin 7-dən noyabrın 21-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirib, 3 956 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 45 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.






Tags:  Xocavənddə ədəd tank əleyhinə mina aşkarlanıb


RƏYLƏR


Top news