Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan Brüsseldə Qarabağ separatçılarının təbliği məqsədi ilə nəzərdə tutulmuş konserti ləğv etdirib

Azərbaycan Brüsseldə Qarabağ separatçılarının təbliği məqsədi ilə nəzərdə tutulmuş konserti ləğv etdirib

Brüsseldə konsert zalı partlayış təhlükəsi səbəbindən təxliyə edilib (26 Fevral 2017 03:12)
Aşıq Vüqar Filarmoniyada konsert verəcək (23 Fevral 2017 09:14)

Tarix: 21 Noyabr 2016 15:57

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur “Palais des Beaux Arts” sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramının ləğv edilməsi təmin olunub.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
"İndi Ermənistanın dövlət təbliğat maşını müxtəlif yalan və bəhanələrlə bu uğursuzluğa bəraət qazandırmağa çalışır", - H.Hacıyev vurğulayıb.
O bildirib ki, qondarma rejimin Brüsseldə təbliği ilə əlaqədar nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınmasında Azərbaycan Respublikasının Milli Məclisinin rolu xüsusi olaraq qeyd edilməlidir: "Milli Məclis tərəfindən bu istiqamətdə zəruri önləyici addımlar atılıb, Belçikanın qanunverici orqanı, Avropa Parlamenti və digər aidiyyəti tərəflərlə davamlı iş aparılıb".
Xatırladaq ki, separatçıların təbliği məqsədi ilə Brüsselə səfər etməyi planlaşdıran özünü qondarma rejimin “rəhbəri” kimi təqdim edən Bako Saakyanın səfərinin də ləğv edilməsinə də nail olunub.

Teqlər:  Azərbaycan Brüsseldə Qarabağ separatçılarının təbliği məqsədi nəzərdə tutulmuş konserti ləğv etdirib



RƏYLƏR


Top xəbərlər