Nadir təyyarədə "içki davası"ından danışdı: "Heç siqaret çəkmirəm"

Nadir təyyarədə "içki davası"ından danışdı: "Heç siqaret çəkmirəm"
16:09 21 Noyabr 2016
123 Digər
Ölkə mətbuatı
A- A+

 

Mətbuatda müğənni Nadir Qafarzadə Rusiyanın “Aeroflot” şirkətinin əməkdaşı arasında insident baş verdiyibarədə xəbər dərc olunub. Məlumatı dəqiqləşdirmək üçün Lent.az müğənni N.Qafarzadə ilə saxladı. İfaçı bu xəbəri təkzib edib: “İlk öncə bildirim ki, mən “Aeroflot”la yox, “Azal”la uçuş etmişəm. Bu xəbər isə kökündən yalandır. Məlumatı dəqiqləşdirmək üçün mənə bir jurnalist zəng etdi, söylədim ki, “yalandır”. Bu tip xəbərləri mənim düşmənlərım yayır. Mən heç siqaret çəkmirəm, o ki qaldı içki içəm. Bəzi saytlar artıq bilmirlər, barəmdə nə yazsınlar ki, reytinq qazansınlar. Amma indidən xəbərdarlıq edirəm ki, barəmdə əsassız yazı dərc edənlər qanun qarşısında cavab verməli olacaq”.

 

Qeyd edək ki, N.Qafarzadənin Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə etdiyi barədə xəbər yayılıb. Xəbərdə bildirilir ki, mübahisəyə səbəb müğənninin əlavə spirtli içki istəməsi olub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR