Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını bu gün də yerinə yetirir"

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını bu gün də yerinə yetirir"

Date: 21 November 2016 16:17

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24 illiyi ilə əlaqədar "Müstəqilliyim, partiyam, əbədiyyətim" adlı tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov, millət vəkilləri, partiyanın rayon təşkilatlarının sədrləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Əhmədov bildirib ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin taleyində YAP-ın oynadığı möhtəşəm rolu görür və qiymətləndirir:

"Yeni Azərbaycan Partiyasının yaranması Heydər Əliyevin adı və şəxsiyyəti ilə bilavasitə əlaqədardır. Təbii ki, Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycana rəhbərlik etməsi, 90-cı illərin əvvəllərində Azərbaycanın başının üstünü almış fəlakətlərdən ölkəmizi xilas etməsi, yaşadığımız bu tarix Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə əlaqədardır. Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin Azərbaycanda həyata keçirilməsində iştirak edib. Məmnunluq hissi ilə qeyd etməliyəm ki, bu gün də Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını yerinə yetirməkdədir. YAP Heydər Əliyev siyasətinin, İlham Əliyevin bu gün həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edən təşkilat, siyasi qurumdur".

Ə.Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixində bu günə qədər heç bir siyasi təşkilata müyəssər olmamış yüksəkliyə, ictimai nüfuza sahibdir:

"Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı bir neçə aydan sonra 700 minə çatacaq. Azərbaycan tarixində heç zaman, hətta birpartiyalılıq dövründə belə, bu sayda üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb. Güman edirəm ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol şərəfli bir tarix olduğu kimi, onun bundan sonrakı taleyi də kifayət qədər uğurlu olacaq. Bütövlükdə Yeni Azərbaycan Partiyasını uğurlu bir taleyi olan siyasi təşkilat hesab edirəm. Çünki Yeni Azərbaycan Partiyası təsis olunmasından 6 ay keçdikdən sonra onun yaradıcısı ümummilli lider Heydər Əliyev Azərbaycan prezidenti olub. Yeni Azərbaycan Partiyası 24 ildir iqtidardadır. İnanıram ki, malik olduğumuz ictimai nüfuz, həyata keçirilən strateji islahatlar, Azərbaycanın uğurlu inkişafı bundan sonra uzun illər Yeni Azərbaycan Partiyasının iqtidar statusunun saxlanması üçün çox ciddi bir etibar, əsas olacaq".

Milli.Az


Tags:  Əli Əhmədov Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını bu gün yerinə yetirir

RƏYLƏR


Top news